EURO 1,9322 NEFT 60,52
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:13.12.2017 11:54:16

"Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na qaraciyər köçürülüb".

“Report” xəbər verir ki, bunu xəstəxananın Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, əməliyyat olunan xəstələrin 22 faizi uşaqlardır: "Onların ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından ən geniş yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi qeyd edib ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra ediblər: "Yəni xəstələr öz aralarında qan qruplarına uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il bir cütə belə əməliyyat icra olunub. Üç cüt də buna hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaq".

O əlavə edib ki, hazırda ehtiyacı olan xəstələrə dövlət tərəfindən meyit orqanlarının köçürülməsini nəzərdə tutan konsepsiya hazırlanır. 


Azərbaycanda xəstələrə meyit orqanlarının köçürülməsini nəzərdə tutan sənəd hazırlanır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qurban Qurbanov: “Arsenal”a qarşı maksimum aqressiya ilə oynamalıyıq
    Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.
     13.12.2018
    NATO Baş komandanı ilə Rusiya Baş Qərargah rəisinin Bakıda görüşü olub
    Bakıda NATO Qüvvələrinin Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü olub
     13.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ