EURO 1,955 NEFT 78,91
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:10.08.2018 19:44:11

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır.

2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

İslamazeri.com xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

"Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun”.

Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

Bu sualı Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

"Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb".

N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

"İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır”.

N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

"Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır”.


Azərbaycanda xərçəng xəstəliyinin yayılmasının səbəbi açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xamenei: İrandan yanlış imic təqdim etmək, düşmənin ən mühüm gündəmidir
    Ayətullah Xamenei ölkənin iki minə qədər fəal gənc elitası və görkəmli alimlərini qəbul edib.
     19.10.2018
    Milli Məclisin ən çox maaş alan deputatları: Kim nə qədər alır? - SİYAHI
    Dəyişiklik mayın 1-dən qüvvəyə minib və deputatlar artıq 5 aydan çoxdur ki, bu qədər maaş alırlar...
     18.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ