1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.12.2016 11:35:46

700 ilə yaxın yaşı olan tarixi abidənin bərpası başa çatmaq üzrədir.

Azərbaycan mədəniyyətinin nadir memarlıq nümunələrindən olan Bərdə türbəsi 1322-ci ildə Əcəmi memarlıq məktəbinin nümayəndəsi Əhməd ibn Əyyub Hafiz tərəfindən inşa olunub. Türbə Bərdə şəhərinin mərkəzində, eramızdan əvvəl inşa olunan torpaqqala adlı müdafiə qurğusunun içərisində yerləşir.

Bura Azərbaycanın daş yaddaşıdır 12 Tikilinin üzərində qırmızı kərpic və kaşıdan (bəzək əşyası) istifadə olunaraq, 200 dəfədən çox "Allah" sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Buna görə də abidəyə, həm də "Allah-Allah" türbəsi də deyilir. Uzun illər baxımsız qalan türbənin, ilk dəfə bərpasına ötən əsrin 50-ci illərində başlanıb. Səhv aparılan bərpa işləri nəticəsində türbənin görkəmi dəyişib. Üstəlik, üzərinə qoyulan ağır beton konstruksiya abidədə çatların əmələ gəlməsinə səbəb olub. Türbənin şimal və cənub hissələrindəki kitabələr, həmçinin kaşıdan istifadə olunaraq yazılan "Quran" ayələri, sonradan silinib. Mədəniyyət və Turizm Nazirliyinin Bərdə rayon şöbəsinin müdiri İlyas Hacıyevin Sputnik-ə verdiyi məlumata görə, həmin vaxt türbənin restavrasiyası erməni əsilli ustalara həvalə olunub və bütün bunlar məqsədyönlü şəkildə türbənin dağıdılmasına hesablanıb.

"60 ildən sonra isə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən türbənin bərpasına başlanıb. Hazırda abidənin bərpası prosesində, yerli ustalarla yanaşı, xarici mütəxəssislər də iştirak edirlər", - Hacıyev bildirib. Onun sözlərinə görə, istifadə olunan materiallar, əsasən Təbriz və Zəncan şəhərlərindən gətirilir: "Türbənin qədimliyini qorumaq məqsədiylə, daxili hissəsi layihəyə əsasən, sarı torpaq, acıdılmış arpa samanından əldə olunan məhlul və keçi tükündən ibarət xüsusi qarışımdan istifadə olunaraq bərpa olunur. Bərpa işlərinin gələn ilin ortalarına qədər başa çatması planlaşdırılır. Abidə ilə yanaşı, onun ətrafında da abadlıq işləri aparılacaq və türbə turizm marşrutuna salınacaq".


Azərbaycanda üzərində 200 dəfədən çox "Allah" kəlməsi həkk olunan türbə - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Heydər əl-Abadi:
    İraqın baş naziri Mosulun tam olaraq azad olunmasıyla bağlı bəyanat yayıb.
     19.01.2017
    “Nurəddin əl-Zəngi” terrorçularının hərbi lideri məhv edildi - FOTO
    Suriya ordusu və Rusiya hərbi təyyarələri onlarla terrorçunu məhv edib.
     19.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ