EURO 2,0116 NEFT 63,37
USD 1,7001 RUB 0,029
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:18.12.2016 14:07:56

Azərbaycanda təhsil müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcəkləri üçün Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Elektron xidmət növlərinin  Siyahısı”nda dəyişiklik edib.

 Dəyişikliyə əsasən Ədliyyə Nazirliyinin elektron qaydada təqdim etdiyi xidmətlər sırasından təhsil müəssisələrinin qeydiyyatı proseduru, adları, eləcə də qeydiyyata alınıb-alınmaması barədə məlumatın verilməsi, təhsil müəssisələri üçün fərdi e-pəncərə, təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsinə dair elektron xidmətlər çıxarılıb.

 Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli fərmanına əsasən publik hüquqi şəxs Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. 


Azərbaycanda təhsil müəssisələrinin qeydiyyat proseduru dəyişib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ölkəmizdə də
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Halal idarəetmə sistemi-hotellər" adlı dövlət standartı layihəsi hazırlanır.
     15.12.2017
    Dərsdən qayıdan məktəbli qızı maşın vuraraq öldürüb
    Bakıda sürətin 110 km/saat olduğu yolda
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ