EURO 1,8796 TRY 0,2939
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:03.06.2019 12:03:23

Azərbaycanda qrip və qızılca xəstəliyi ilə bağlı son vəziyyət

“Hazırda Azərbaycanda qrip epidemiyası sönüb. Havanın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa başlayıb. Hazırda ölkədə qrip xəstəliyi yoxdur”.

Bunu “Report”a açıqlamasında respublikanın Baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, bəzi insanlarda müşahidə olunan öskürəyin səbəbi qriplə əlaqəli deyil: “Bir sözlə may ayının başlanmasından sonra qripdən söhbət gedə bilməz. Olsa da tək-tək olar, ancaq bu qripinin yayılması demək deyil. Çünki bu hal payız-qış mövsümündə özünü göstərir. Həmin dövrdə havalar soyuq keçdiyindən viruslar soyuğa davamlı olur və onların yayılmasına şərait yaranır”.

Mütəxəssis qeyd edib ki, ölkədə qızılca xəstəliyinə tutulma halları da azalıb və tam sönmək üzrədir: “Bu xəstəlik əsasən vaxtı ilə peyvənd etdirməyən 20-40 yaşlı insanlar arasında yayılmışdı. Həmin insanlara da ölkəyə gətirilən vaksinlər vuruldu. Həmçinin vaxtında peyvənd edilməyən 7-10 yaşlı uşaqlar arasında da təmizləyici immunlaşdırma tədbirləri aparılıb. Hazırda xəstəliyə yoluxma faktları tək-tək hallarda qeydə alınır. Təhlükə hələ ki tam şəkildə aradan qalxmayıb. Amma çox yaxın zamanlarda Azərbaycanda qızılca xəstəliyinin qarşısı tamamilə alınacaq”.

Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycanda böyüklərin immunizasiyası üçün qızılca-məxmərək əleyhinə 160 min dozada vaksinlər gətirilib. Vaxtilə hər hansı səbəbə görə qızılcaya qarşı peyvənd olunmayan 20-40 yaşlı insanlar ərazi üzrə poliklinikalara müraciət edərək peyvənd olunurlar. 


Azərbaycanda qrip və qızılca xəstəliyi ilə bağlı son vəziyyət

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakının yeni Baş Planının bəzi detalları açıqlanıb
    “Bakı şəhərinin inkişafı sistemli şəkildə həyata keçirilməlidir”.
     09.12.2019
    Müsəlmanlar zəkat versələr İslam ölkələrində kasıb qalmaz - Ərdoğan
    İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı təşkil edilib.
     09.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ