EURO 2,078 NEFT 68,53
USD 1,7001 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:18.10.2017 09:06:58

Bu il Azərbaycanda 587 adda dərman qeydiyyata alınıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib.

Mərkəzdən bildirilib ki, hazırda Dərman vasitələrinin dövlət Reyestrində ümumilikdə 4492 adda dərman qeydiyyatdan keçib.

Mərkəzdən bildirilib ki, Səhiyyə Nazirliyi təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan məlumat aşkar etdikdə, dərman vasitəsinin tərkibində Azərbaycan ərazisində tətbiqi qadağan edilmiş maddə olduqda, təqdim olunmuş sənədlərdə göstərilən kəmiyyət və keyfiyyət göstəriciləri həqiqətə uyğun olmadıqda, terapevtik səmərəlilik sübut olunmadıqda, dərman vasitəsinin təhlükəsizliyinin, səmərəliliyinin və keyfiyyətinin qiymətləndirilməsi üzrə aparılmış klinik sınaqlar və digər tədqiqatlar mənfi nəticə verdikdə, qeydiyyat prosesində ciddi kənar təsirlər aşkar edildikdə, istehsalçı müəssisənin yoxlanılmasının nəticələri üzrə mənfi rəy verildikdə, ixtisaslaşdırılmış ekspertizanın və ya Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurasının apardığı əlavə ixtisaslaşdırılmış ekspertizanın nəticələri üzrə mənfi rəy verildikdə dərman vasitəsinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında qərar qəbul edilir.


Azərbaycanda qeydiyyata alınan yeni dərman preparatlarının sayı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Evlənmək istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
    Ailə qurmaq istəyənlərin hepatit B və C-dən də məcburi müayinədən keçməsi təklif edilib
     22.01.2018
     Xanım Zeynəbin (s.ə) mübarək mövludu Marneulidə qeyd edildi - FOTO
    Xanım Zeynəbin (s.ə) mübarək təvəllüdü münasibəti ilə Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti tədbir keçirib
     22.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ