EURO 2,0067 NEFT 74,79
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:14.11.2017 10:42:52

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

İslamazeri.com APA-ya istinadən xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb

Şəhər sakini, 1960-cı il təvəllüdlü Bağırova Badam Abduləli qızı naməlum şəxs tərəfindən öldürülərək meyiti yaşadığı evin həyətindəki köhnə su quyusuna atılıb. Qadının meyitinin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac atılıb.

Bu gün axşam saatlarında Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

Qətl hadisəsinin kim tərəfindən və nə üçün törədilməsi hələlik məlum deyil. Araşdırma zamanı yalnız məlum olub ki, mərhum Badam Bağırova bir neçə il öncə dünyasını dəyişən həyat yoldaşının ikinci arvadı olub. Onun ərinin birinci arvadı və oğlu hazırda mərhum Badam Bağırovanın öldüyü həyətdə yaşayır.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Azərbaycanda qadını öldürüb su quyusuna atdılar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Kəndə bəla gəlib, heyvanlar durmadan tələf olur
    Ümumilikdə 51 baş qoyun tələf olub, 213 başı isə ağır zəhərlənib və təlafatın artacağı istisna olunmur.
     19.06.2018
    Ənsarullah: Səud ittifaqının Hudeydədə irəliləməsi dayandırıldı
    "Ənsarullah" hərəkatı Səud rejiminin başçılıq etdiyi ittifaqın Hudeydə hava limanına doğru irəliləməsinin dayandırıldığını açıqlayıb.
     19.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ