1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:13.03.2017 12:45:33

Ölən insanın yaxını dəfn və yalnız bir yas mərasiminə bir neçə min manat xərc çəkmək məcburiyyətindədir.

Azərbaycanda bir insanın ölümü onun yaxınlarına orta hesabla 5 min manata başa gəlir. İstiPress saytı apardığı araşdırmadan sonra belə bir qənaətə gəlib. Sayt yazır ki, ölən insanın yaxını dəfn və yalnız bir yas mərasiminə bir neçə min manat xərc çəkmək məcburiyyətindədir.

"Bir insanın dünyasını dəyişməsi zamanı ilk növbədə onun ölümünü təsdiq edən “Ölüm kağızı” əldə edilməlidir. Son illərə qədər bu sahədə rüşvət faktları olsa da, artıq ASAN Xidmətdən bu sənədi pulsuz əldə etmək olar. Ancaq nə qəbristanlıqlar, nə daş sexləri, nə yas mərasimlərinin təşkili ASAN Xidmətin nəzarətində deyil.

Bundan sonra əsas pul “rıçaq”ları işə düşür. İlk növbədə meyitin yuyulması 50-100 manat arasında dəyişir. Bura meyitin yuyulub, gülablanıb, kəfənlənməsi, pambıqlanması və gülablanması daxildir" - məqalədə qeyd olunur.

Yazıda həmçinin digər çox pul aparanlardan birinin də mollalar olduğu deyilir: "Ya siz hər bir ayin üçün ayrıca molla tutmalısınız və hər dəfəsində də hər “xidmət”ə görə ayrıca pul ödəməlisiniz. Ya da ki, bir molla sizin yaxınınızın yuyulmasında, evdə vida mərasimində, cənazə namazının qılınmasında, dəfn olunmasında və yalnız 3, 7 və ya cümə axşamlarının birində iştirakına görə sizə güzəştlə 200 manata razılıq verə bilər.

Başqa bir xərc yük avtomobilindən istifadə olunmaqla meyitin evdən məscidə aparılması, məsciddə yuyulduqdan sonra təkrar evə gətirilməsi və daha sonra dəfn olunmaq üçün qəbirstanlığa aparılmasıdır ki, bu zaman qiymət 75-200 manat arasında dəyişir. Qiymət fərqi nəqliyyat vasitəsinin markasından asılı olaraq dəyişir. Məsələn, sovet istehsalı olan “UAZ” və ya “Qazel” markalı maşınlar köhnə olduqları üçün onlar sizə yuxarıda sadalanan hər 3 istiqamət üzrə ən çoxu 100 manata xidmət göstərərlərsə, əsasən Göy məscidin qarşısında rast gəldiyimiz “katafalka” adlandırılan xüsusi avtomobillər də var ki, onların sifarişinə görə 200 manatdan başlanan qiymətlər daxildir".

Məqalədə qeyd olunur ki, ruhən xərclər içində can verən orta statistik azərbaycanlı bütün bu xərclərə qədər bəlkə də ən böyük zərbəsini qəbir yerini axtarıb, “münasib qiymətə” tapanda alıb. Söhbət burda artıq 50-100 manatdan yox 500-3000 manat aralığındakı məbləğdən gedir: "Məsələn, əgər Hövsan qəsəbəsindəki Dədə Qorqud yaşayış massivindəki qəbirstanlıqda 500 manata yer almaq mümkün olsa, o zaman qəbrin qazılması, meyitin basdırılması, istifadə olunan tikinti materiallarının qarşılanması üçün əlavə 150-160 manat xərciniz çıxacaq. Yox, əgər Yasamal qəbirstanlığında yer almaq istəsəniz, burda söhbər bir neçə min manatdan gedir".

"Qəbir daşları isə əsl menyu ilə təklif olunur. Hazırda “bazarda” 2 növ daşlar dominantlıq edir. Bunlar Ukraynadan, Hindistandan və Çindən gətirilən daşlardır. Ümumiləşdirək, adi mişar daşından olsa 500 manat, ağ mərmərdən 1000 manat, Hindistan və Çin istehsallı qara daşlar 1600-1800 manat, Ukrayna istehsallı qara mərmər isə 1800-2200 manat arasında dəyişir.

Dəfn mərasimindən sonra ölünün yaxınları özünə gəlməmiş ikinci zərbəni ehsan mərasimlərinin təşkili zamanı alır. Burda artıq iki seçim imkanı yaranır. Ya mərasim zalında toy menyusu sayaq hər bir gələn adama uyğun məbləğ ödəməlidir, ya da “palatka” sifariş verməklə ərzaq alıb bütün işləri özü görməlidir. Mərasim zalları şəhərin müxtəlif yerlərində fərqli qiymətlərədir. Məsələn, Badamdar qəsəbəsi ərazisində adambaşı 10 manatdırsa, məscidlərin mərasim zallarında 15 manat, yox əgər süfrədə ekzotik meyvələr istəsəniz, o zaman 20 adambaşına 20 manat ödəməlisiniz. Və ya mərasim zalını icarəyə götürəcəyiniz halda 300 manat tələb olunacaq.

Yox, əgər kimsə qərar versə ki, məclisi həyətində versin, o zaman xırda xərclərin üzərinə təşkilatçılıq da əlavə olunacaq. Yəni 150-500 manat arası müxtəlif cür vasitələrlə təchiz olunmuş çadırlar sifariş vermək olur. Adətən 250 manatdan yuxarı olanda bura 4-5 nəfər masalara xidmət edən əməkdaşlar da aid edilir. Bundan sonra ərzağın alınması və çay, şirniyyat və yemək hazırlanması qalır ki, bu da təqribən 500-800 manata başa gəlir. Söhbət 150-200 nəfərlik qonağın qarşısına qoyulacaq ehsan süfrəsindən gedir" - məqalədə deyilir.

Qeyd edilir ki, sadalanan xərclərin hamısını cəmləsək və hər birinin yalnız minimumunu götürsək, görərik ki, Azərbaycanda ən ucuz ölüm 2200 manata başa gəlir:

Ən ucuz yuyulma - 50 azn

Ən ucuz molla (bütün mərasimlər) - 100 azn

Ən ucuz dəfn maşını - 70 azn

Ən ucuz qəbir yeri - 500 azn

Ən ucuz qəbir daşı - 500 azn

Ən ucuz yas mərasimi(1 sayda) - 1000 azn

Sayt yazır ki, paytaxtın Yeni Suraxanı, Digah, Nardaran və bir neçə qəsəbəsi var ki, bu ərazilərdə ölənin bütün xərcləri yerli məscidlər tərəfindən qarşılanır. Ancaq əgər həmin qəsəbədə qeydiyyatda olmayan bir vətəndaş olarsa, o zaman ya ümumiyyətlə icazə verilmir dəfn olunmağa, ya da müəyyən məbləğ müqabilində bu mümkün ola bilər.

Dövlət Statistika Komitəsinin rəsmi saytında 2015-ci il üzrə ölən Azərbaycan vətəndaşlarının sayı 55 min nəfərə qədər göstərilir. Məqalədə deyilir ki, bu rəqəmi orta hesabla 5 min manata başa gələn yas xərcinə vursaq, o zaman dövriyyədə 280 milyon manata qədər pulun olduğunu görmək olur. Saytın iddiasına görə, bu, müvafiq sahədə inhisarçılığın olduğundan və bir qrup insanın əlində cəmləşdiyini göstərir.


Azərbaycanda ölülərdən milyonlarla pul qazanan şəbəkə var? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Muhəmməd Husi xalqı döyüş cəbhələrinə səsləyib
    Yəmənin Ali İnqilab Komitəsinin sədri xalqdan, müharibə cəbhələrini doldurmağı istəyib.
     19.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ