1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:19.05.2017 09:24:28

Ələt-Astara magistralına alternativ çəkilən dörd zolaqlı yeni yol bu ilin sonuna kimi istifadəyə veriləcək.

Uzunluğu 204 km olan və hazırda istifadə edilən yolu 40 km qısaldan magistralda işlərin böyük hissəsi yekunlaşdırılıb və bəzi ərazilərdə asfaltlama işləri aparılır.

Yolun gələn il istifadəyə veriləcək 50 km-lik hissəsi Salyan rayonu Şorsulu qəsəbəsi ərazisinə düşür.

Müvəqqəti olaraq sürücülər hazırda istifadə edilən yoldan keçməklə yenidən bu magistrala çıxa biləcəklər.

İki gediş və iki gəliş zolağından ibarət olacaq yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədi ilə magistral boyu 55 əsas kənd və qəsəbələrdən keçən hissədə körpü və birləşmələr inşa edilib.

Yeni çəkilən yol Ələt-Astara yoluna alternativ olacaq və yolun pullu olması nəzərdə tutulur. Bununla bağlı Nazirlər Kabinetinə təklif göndərilib. Qəbul edilərsə, nəqliyyat vasitələrinin növünə görə rüsum da fərqli olacaq.

Pullu yol istifadəyə verildikdən sonra hazırda istifadə edilən biri gəliş, biri gediş olmaqla 2 zolaqlı yol da təmir ediləcək və alternativ yol kimi istifadəyə veriləcək. Onu da vurğulayaq ki, hazırda istifadə edilən yol ensiz olduğundan burada tez-tez ölümlə nəticələnən qəzalar baş verir.

xəzərtv


Azərbaycanda ödənişli yol istifadəyə veriləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Elmar Məmmədyarov  Krakov görüşünün nəticələrini açıqladı
    Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Naziri Elmar Məmmədyarov açıqlama verib
     19.01.2018
    Ermənilər snayper tüfənglərindən mövqelərimizi atəşə tutub
    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub.
     19.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ