EURO 1,8691 NEFT 51,35
USD 1,7201 RUB 0,0303
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:26.01.2017 09:41:48

Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərmişdir...

Bauer und Arbeiter (azərb. Kəndli və işçilər) - 1924-cü ilin iyun ayından noyabr ayına qədər Bakı şəhərində çap edilmiş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərmişdir. Qəzet həftədə bir dəfə olmaqla nəşr edilirdi. Alman jurnalist Albert Erfurt Bauer und Arbeiterqəzeti fəaliyyət göstərdiyi müddətdə baş redaktor vəzifəsini tutmuşdur. Qəzetin kollektivi əsasən Bakı şəhərində yaşayan az saylı alman icmasından təşkil edilmişdi.

1924-cü ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən Azərbaycan almanları üçün nəzərdə tutulmuş alman dili qəzetin yaradılması barədə təlimat verildi. Bundan öncə Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post adlı qəzet 1906-cı ildə Tbilisi şəhərində çap olunmuşdu. Həmin qəzetdə əsasən qafazşünas kimi tanınan alman jurnalist Artur Leist məşğul olmuşdu. Kaukasische Post təkcə Azərbaycan almanlarına yox bütünlükdə Qafqaz almanlarına xitab etməkdə idi və Bauer und Arbeiterdən fərqli hər hansısa siyasi idelogiyanı özündə daşımırdı. 1924-cü ildə Bakıda alman dilində qəzetin çap edilməsi üçün əsas problem səlis alman dilində danışa biləcək savadlı insanların çox az olması idi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Gəncə şəhərində yaşayan etnik almanlardan qəzetdə fəaliyyət göstərmələri üçün qaynaq kimi istifadə etmək qərarına gəldi.

Bauer und Arbeiterdən əvvəl 1924-cü ilin mart və aprel ayları aralığında Helenendorfda (indiki Göygöl) ərazisində alman dilində Qırmızı kəndli (alm. Rote Bauer) adlı kiçik qəzet çap edilmiş, ancaq ümumi çap həcmi 150 ədəddən çox olmamışdı. Qırmızı kəndli (alm. Rote Bauer) qəzetində əsasən kənd təsərrüfatı mövzularında yazılar verilirdi və ümumi ölkədə yaşayan alman dilli əhalini əhatə etməməkdə idi. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin əsas istəklərindən biri də, bütün Respublikanı əhatə edəcək vahid alman dilli və eyni zamanda kommunist maraqlarını qoruyan bir qəzetin nəşr edilməsi idi.

Bauer und Arbeiter qəzetindən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasında ideloji işin aparılmasında istifadə olunması qərarına gəlinir. Qəzetdə ideoloji təbliğatla yanaşı Azərbaycan və Gürcüstan ərazilərində yaşayan almanların məişət, təhsil və cəmiyyətə inteqrasiya məsələləri kimi müxtəlif mövzularada toxunulurdu. XX əsrin 20-ci illərində Qafqazda yaşayan etnik almanlar Bakı və Tbilisi kimi böyük şəhərlərdə yaşamırdılar. Almanlara daha çox Qafqaz almanlarının məskən saldığı bölgələrdə rast gəlmək mümkün idi. Bu səbəbdən qəzet üçün fəaliyyət göstərən 32 nəfərdən cəmisi 8 nəfəri Bakıda, 3 nəfəri isə Tbilisidə işləyirdi və yerdə qalan 15 nəfər Azərbaycanda, 7 nəfər isə Gürcüstanda etnik almanların yaratdığı kolaniyalarda yaşayan muxbir kəndlilər idilər.

Bauer und Arbeiter Bakı şəhərində çap olunduğu ilk saylarında 2.200 nüsxə ilə nəşr olunmuşdu. Nüsxələrin çox az bir qismi Bakıda saxlanılırdı, əsasən Azərbaycanın bölgələrində və Gürcüstanda yaşayan almanlara göndərilməkdə idi. Qəzetin nüsxələrindən bir necəsi Moskva ətrafında yaşayan almanlarda göndərilmişdir. Gürcüstan Kommunist Partiyasının səyləri nəticəsində Bauer und Arbeiterin mərkəzi Tbilisi şəhəri olmaqla kiçik ofisi açıldı. İlk aylarda Bakıdakı mətbəədə qəzetin çapı üçün özəl avadanlıqların olmaması, qəzetin inkişafına mənfi təsir göstərdi.

Çap zamanı yaranan problemlər səbəbindən qəzetin nəşri müxtəlif gecikmələrə səbəb olurdu. Bütün çətinliklərə baxmayaraq 1924-cü ilin sentyabr ayında baş redaktor A. A. Erfurt və məsləkdaşı Şonberq Azərbaycan Kommunist Partiyasının nəznində alman dilli özəl mətbəə yaratmağa nail oldular. Qəzetə olan marağın kəskin azalması səbəbindən 1924-cü ilin 5 noyabr tarixində Bauer und Arbeiterin fəaliyyətinə son verildi.


Azərbaycanda nəşr olunmuş almanca qəzet: "Bauer und Arbeiter"

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Husilər Səud şəhərlərini ballistik raketləri ilə atəşə tutdu
    Yəmənin "Ənsarullah" hərəkatı Səud şəhərlərini ballistik raketlərlə atəşə tutdu.
     28.03.2017
    Vəkil satirik şairlə görüşüb:
    Vəkil Elçin Sadıqov satirik şair Tofiq Həsənli ilə görüşüb.
     28.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ