EURO 2,0083 TRY 0,2315
USD 1,7 RUB 0,0233
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:28.02.2020 13:53:20

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edilib

İslamazeri.com xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan Trend-ə verilən məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.

Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.

 

Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.


Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu gün Mübahilə günüdür
    Zilhiccə ayının mübarək günlərindən və hadisələrindən biri Mübahilə günüdür.
     14.08.2020
    Krımın Simferopol şəhərində yeni məscid tikiləcək
    Məscidin inşasına torpağın ayrılması istəyi ilə mikrorayon sakinləri şəhər rəhbərliyinə müraciət edib.
     13.08.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ