EURO 2,0914 NEFT 67,31
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:26.05.2017 11:14:04

Azərbaycanda IV kurs tələbəsi 2 abituriyentin əvəzinə qəbul imtahanında iştirak edib.

İslamazeri.com -un APA-ya istinadən verdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AzTV-də yayımlanan “Günün nəbzi” proqramında bildirib ki, bəzi valideynlər övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarırlar.

Onun sözlərinə görə, bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyi aşkarlanıb.

M.Abbaszadə qeyd edib ki, həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib:

“Valideyn həmin tələbəni bu il də taparaq digər övladının əvəzinə qəbul imtahanına göndərib. Həmin şəxs bu valideynin övladlarına üzdən çox oxşayır. İkinci dəfə qəbul imtahanında artıq bu şəxs tutulub və onun kimliyi müəyyən olunub. IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək”.


Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib
    Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.
     25.02.2018
    İndoneziyada sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb
    İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
     25.02.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ