EURO 2,007 NEFT 62,73
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:19.05.2017 17:28:26

İldə 10 min avtomobil istehsal etmək gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək.

İran ilə Azərbaycanın birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu cari ilin avqust ayında istifadəyə veriləcək.

İslamazeri.com azərtac-a istinadən xəbər verir ki, bu haqda İranda nəşr olunan ingilis dilli “Iran Daily” qəzeti məlumat verib.

Qeyd olunub ki, zavodu İranın “İran Khodro” və Azərbaycanın “AzEuroCar LLC” şirkətləri birgə inşa edirlər.

İldə 10 min avtomobil istehsal etmək gücünə malik olan zavodda İranın “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobilləri istehsal ediləcək. Layihənin dəyəri 15 milyon dollar həcmindədir.

Avtomobillərin ehtiyat hissələri Azərbaycandakı zavodlarda istehsal ediləcək. İstehsal olunacaq avtomobillər MDB və Mərkəzi Asiya ölkələrinə ixrac ediləcək. Avtomobillər Avro-5 standartına uyğun istehsal ediləcək.

Xəbərdə o da bildirilib ki, son illər Azərbaycan ilə İran arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Belə ki, cari ilin yanvar ayında iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 15,77 milyon dollara çatıb. Ötən il isə bu rəqəm 9,56 milyon dollar həcmində olmuşdu. Ölkələr arasındakı ticarət dövriyyəsinin həcmi 70 faiz artıb.


Azərbaycanda İran avtomobilləri istehsal edəcək zavodunun açılacağı vaxt məlum oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Humanitar təşkilat: Aclıq və xəstəlik səbəbilə Yəməndə hər gün 130 uşaq ölür
    Səudiyyə Ərəbistanının tətbiq etdiyi blokada Yəməndə humanitat böhranı şiddətləndirib.
     17.11.2017
    Cübran Bassil: Bəzi qüvvələr Livan-Rusiya qaz müqaviləsini pozmağa çalışır
    Livanın XİN rəhbəri Rusiyadan regionda güc balansını təmin etməyi xahiş edib.
     17.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ