EURO 2,0342 NEFT 56,86
USD 1,7008 RUB 0,0294
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:27.02.2017 10:18:07

Bakıda bir çox internet istifadəçisi yenə internetsiz qaldı

Bir çox ADSL internet provayderləri artıq 3 gündür ki, müştəriləri internetlə təmin etmir. Heç birinin müştəri xidməti işləmir. Heç birinin saytına Azərbaycandan daxil olmaq olmur. Lakin "proxy" ilə bəzisinin saytı açır, bu o deməkdir ki, provayderlər özləri Azərbaycan internet şəbəkəsində öz saytlarına girişi məhdudlaşdırıblar.

İslamazeri.az xəbər verir ki, "Nar Citynet" öz sosial şəbəkə profilindən bu haqda açıqlama yayıb. Açıqlamada deyilir: "Hörmətli abunəçilərimiz,
İnternet və TV xidmətlərinin təminatında müşahidə olunan çətinlik yeni avadanlıqların quraşdırılması ilə bağlıdır. Hazırda texniki mütəxəssislər çətinliyin aradan qaldırılması üzərində çalışır və xidmətlər qısa zamanda bərpa ediləcək. Müvəqqəti çətinlik üçün üzr istəyirik."

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) tabeliyində olan “Bakinternet” provayderinin də internet xidmətində fasilələr və kəsilmələr müşahidə edilir. Lakin  “Bakinternet”in "facebook" səhifəsi sonuncu dəfə ötən ilin dekabr ayının 8-də məlumat dərc edib.

"Uninet", "superonline" provayderlərində də problemlər yaranıb, hazırda bu provayder telefonlara cavab vermir.


Azərbaycanda İnternetdə problem: Provayderlər xidməti dayandırdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi
    Prezident İlham Əliyev sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.
     24.09.2017
    Aldadıb 13 min manatını əlindən aldı - Bakıda
    Bakıda dələduzluq hadisəsi baş verib.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ