1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:03.05.2017 17:22:31

Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib.

İslamazeri.com xəbər verir ki, əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutub.

Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyası 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının binasının tamaşa salonunda nümayiş olunub.

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, ƏSA Teatrının “Yuxum” tamaşasının premyerası anşlaqla keçib. Mədəni və siyasi xadimlər, məşhur teatr xadimləri, millət vəkilləri, ziyalılar o cümlədən bir çox səfirlik və dövlət qurumları ilə yanaşı nümayişi ümumilikdə 400-ə yaxın tamaşaçı izləyib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatçısı Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, geyim üzrə rəssam isə Leyla Əliyevadır.

Tamaşada səkkizi əlilliyi olan olmaqla, 15 aktyor iştirak edib.

Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq tamaşa zamanı işarət dili ilə tərcümə də baş tutmuşdur. İşarət dili ilə tərcümə bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva tərəfindən olunub.

Fotoların müəllifi Famil Mahmudbəylidir


Azərbaycanda ilk dəfə işarət dili ilə TAMAŞA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ