EURO 1,9097 TRY 0,2896
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:28.05.2019 02:21:30

Kürdəmirdə bu da oldu - İlk dəfə banan yetişdirdilər

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda banan yetişdirilib.

İslamazeri.com xəbər verir ki, rayonun Şüşün kənd sakini Rahib Ağayev ilk dəfə olaraq fərdi təsərrüfatında banan yetişdirib.

Təsərrüfat sahibi "Report"-a bildirib ki, bundan əvvəl fərdi təsərrüfatında bölgə üçün ənənəvi olmayan ananas, kivi və başqa meyvələr yetirişdirib: "Uzun müddətdir dekorativ gül və ekzotik ağacların becərilməsi ilə məşğulam.

Lakin əkdiyim ağacların içərisində bir ağac diqqətimi cəlb etdi. Çünkü, bu ağac əkdiyim dekorativ ağacların içərisində təsadüfən yetişib. Sonradan banan ağacı olduğunu gördüm. Bananın yetişdirilməsi qaydası və ona qulluq etməklə bağlı məlumat əldə edib bu meyvəni yetişdirməyə çalışdım.

Bananın yetişməsi hamının marağına səbəb olub. Rayon mərkəzindən, digər kəndlərdən, hətta qonşu rayonlardan baxmağa gəlirlər".

Qeyd edək ki, banan meyvəsinin normal yetişməsi üçün həmin ərazinin 6 ay isti olması şərtdir.


Azərbaycanda ilk dəfə banan yetişdirilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğandan Makrona sərt reaksiya: Sən kimsən ki?!
    Türkiyə prezidneti Fransa prezidentinin sözlərinə reaksiya verib.
     18.06.2019
    İran meydan oxudu: Əgər istəsək, bir addım belə atıla bilməz!
    “ABŞ nüvə sazişindən çıxmaqla öz düşmənliyini daha da artırıb”
     18.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ