1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:17.03.2017 09:57:47

«Bu ölümlərin səbəbi qəsdənmi, ya təsadüfənmi, nədənsə araşdırılmır»

Dəm qazı zəhərlənmələrinin araşdırılması üçün xüsusi komissiyanın yaradılması gündəmə gəldi
Martın 15-də Xırdalan şəhərində 5 nəfərin dəm qazından dünyasını dəyişməsi cəmiyyəti sarsıtdı. Polisin hadisə barədə açıqlamasında qeyd edilib ki, kirayədə yaşayan Gəncə şəhər sakini 1992-ci il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Musayeva Nübar Fazil qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musazadə Aytən Elçin qızı martın 14-dən 15-nə keçən gecə ilkin ehtimala görə dəm qazından zəhərlənərək ölüblər.

Martın 8-də də Bakıda 3 nəfər dəm qazından zəhərlənib ölməsi ilə bağlı məlumat yayıldı. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu qəsəbəsində yaşayan Solmaz Quliyeva və qızı İlhamə Məmmədova, Nəsimi rayonu ərazisində yaşayan Tatyana Kanalina evlərində dəm qazından zəhərlənərək ölüblər.

Ötən il ərzində 500 nəfər dəm qazından zəhərlənmə ilə Klinik Tibbi Mərkəzə müraciət edib. Bundan başqa 2017-ci il başlayandan bu günə qədər mətbuatda dəm qaızndan zəhərlənərək həyatlarını itirənlərin sayı da az deyil. Mart ayının ilk günlərində 8 nəfərin ölümünün şahidi olduq.
Təbii qaz insanı zəhərləmir, boğur

Bizim Yol”un araşdırmasına görə, boğulmanın səbəbi kimi çox vaxt dəm qazının tüstü bacasından bayıra deyil, geriyə - içəri qayıtdığı göstərilir. Karbon monoksid iysiz, rəngsiz, dadsızdır, rahatsızedici deyil və asanlıqla hava ilə qarışıb sərbəst paylanır. Bu kimyəvi birləşmə ilə boğulma riski yüksəkdir. İddia olunduğunun əksinə təbii qaz insanı zəhərləmir. Təbii qaz zəhərlənməsi olaraq qələmə verilən hadisələr əslində boğulmadır. Qazın havadan yüngül olması nəticəsində tənəffüs ciyərlərdə incə bir film təbəqəsi meydana gətirib alveol səthlərini örtür və havayla təması kəsir. Nəfəs alıb vermə davam etsə də, oksigen ciyərlər tərəfindən əmilmir və beyindəki oksigen miqdarının azalması nəticəsində əvvəl baş gicəllənməsi yaranır, görmə və eşitmə qabiliyyəti zəifləyir. Qurban bunun sadə bir yorğunluq və ya nasazlıq olduğunu düşünüb yuxuya gedərsə, boğulma ölümlə nəticələnir.

“Hər il dəm qazından zəhərlənərək ölən gənclərin sayı daha da artır”

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, dəm qazından zəhərlənmə ilə bağlı müraciət edənlərin əksəriyyəti qadınlardır və zəhərlənmələr əsasən hamam otağında yaşanır.

Həkim bildirib ki, dəm qazı zəhərlənmələri zamanı ürək bulanması, üz nahiyəsində qızarma, baş ağrıları ilə müşayiət olunur: “Otaq qapalı olduğundan dəm qazından boğulma zamanı ölüm tez baş verir. Çünki isti hava damarlarda qanın hərəkətini intensivləşdirir. Beyinin zərərli qanla təchizi insan həyatına təhlükə yaradır. Hər il dəm qazından zəhərlənərək ölən gənclərin sayı daha da artır. Baş verən hadisəyə səbəb qapalı mühitdə karbon monoksidin əmələ gəlməsidir. Zəhərlənmə əvvəlcə yüngül dərəcədə üzə çıxır, baş ağrı, hava çatışmazlığı , ürək bulanmalar daha artır. Getdikcə daha kəskin forma alır ki, bu da huşun itirilməsi ilə nəticələnir. Huşunu itirən insan heç kimi köməyə çağıra bilmir".

Həkim deyir ki, zəhərlənən şəxs özündə deyilsə, təcili yardım gələnə kimi onun ağız boşluğunu qusuntu kütləsindən təmizləmək, süni tənəffüs vermək lazımdır: “İlkin müdaxilə zamanı həmin şəxs dərhal havaya çıxarılmalıdır. Üstünü örtmək lazımdır, çünki bədənin hərarəti dərhal aşağı düşür. Çay verilməlidir ki bədən qüvvədən düşməsin , maddələr müdaxiləsi çox pozulmasın".

Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ - Mədən Nəzarəti Dövlət Agentliyinin baş dövlət müfəttişi Adil Xəlilov APA-ya açıqlamasında deyib ki, havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur: “Dəm qazından zəhərlənmə hadisələrinə daha çox qış aylarında, qızdırılma cihazlarından istifadə olunan vaxt rast gəlinir. Hadisə qızdırıcı cihazlardan ehtiyatsız istifadə, avadanlığın düzgün quraşdırılmaması zamanı əmələ gəlir. Bildiyiniz kimi, məişətdə istifadə etdiyimiz təbii qaz iysiz, rəngsiz, havadan yüngül maddədir. Buna görə qazla çox ehtiyatlı davranmaq lazımdır, istismar zamanı təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Tüstü bacaları tikinti normalarına cavab verməlidir. Bacalar vaxtlı-vaxtında təmizlənməlidir. Bütün bu hadisələrin baş vermə səbəbi dəm qazının sızmasından baş verir".

FHN təmsilçisinin sözlərinə görə, dəm qazından zəhərlənmələrdə subyektiv amillər daha çox rol oynayır: “Vətəndaşlar avadanlığın qurulması və istismarında təhlükəsizlik qaydalarına riayət etməlidir. Dövlət qurumlarına gəlincə, nəzarət edən qurumlar qaz paylayıcı təşkilat olaraq "Azəriqaz" İstehsalat Birliyi və onların müxtəlif qurumlarıdır. Amma yenə də bu cür zəhərlənmələrdə subyektiv amillər əsas rol oynayır".

Mirvari Qəhrəmanlı: «Bu ölümlərin səbəbi qəsdənmi, ya təsadüfənmi, nədənsə araşdırılmır»

Bəs dəm qazından zəhərlənmə hallarının araşdırılması ilə bağlı xüsusi komissiya yaradıla bilərmi?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Bizimyol.info-ya açıqlamasında bildirdi ki, ölkədə artıq 3-ilə yaxındır ki,qazla zəhərlənmə kütləvilik təşkil edir: “Təssüflər olsun ki, bununla bağlı hələ də lazımi araşdırmalar aparılmayıb. Bu ölümlərin səbəbi isə qəsdənmi, ya təsadüfənmi, nədənsə araşdırılmır. Qazla zəhərlənmələrin araşdırılması üçün dövlət səviyyəsində komissiya yaradılmalıdır. Bura əsasən peşəkar insanlar cəlb olunmalıdır. Məsələ ciddi araşdırılıb, təklif, tövsiyyələr hazırlanmalı və günahkarlar ciddi cəzalanmalıdır. Dəfələrlə ekspertimiz tərəfindən araşdırmalar bizi bu qənaətə gətirir ki, qaza adarant maddəsi (iyi hiss etmək üçün) vurulmur. 1000 kub metr qaza qışda 16, yayda isə 8 qram adarant vurulmalıdır. Adarant ondan ötrü vurulur ki,sızma olanda insanlar hiss etsinlər. Ancaq qaza hava çox vurulur-yanma tam getmir. «Azəriqaz»da struktur islahatları aparılarkən nazirlər Kabinetinin qərarı ilə texniki baxış şöbəsi ləğv olunub FHN-ə verildi. Evlərdə qaz cihazlarının texniki vəziyyətin artıq heç bir qurum yoxlamır”.

M.Qərəmanlı sual edir ki, niyə qaz itkiləri, qazla zəhərlənmələr araşdırılmır?

«Bax bu bir müəmmadır. Axı bu kütləvi surətdə insan hüquqlarının pozulmasıdır. Bu vaxtadək kimsə işdən azad olunmayıb. İnsanın ölümünə səbəb olan fəaliyyət araşdırılmalıdır. Ən pisi də odur ki, qeyri-peşəkar işçilər çoxluq təşkil edir. Heç nə araşdırılmır. Sadəcə qaldırılan faktları ört basdır edirlər. Yazılar həmin faktların örtülməsinə köməklik edir” - deyə Mirvari Qəhrəmanlı əlavə edib.

İlham Şaban: «İnsanlar 20 manata qıymır, canlarına qıyırlar»

İqtisadçı ekspert İlham Şaban hesab edir ki, "Azəriqaz”ı qazı kəsdikləri, xəbərdarlıq etmədikləri, təmir işləri apardıqları üçün günahlandırmaq olar. Çünki qurumun nümayəndələri mətbuata məlumat verməklə yanaşı, səs gücləndiriciləri ilə gəlib əhaliyə xəbərdarlıq edə bilərlər.

Ekspertin Bakupost.az-a bildirdiyinə görə, əhali siqnalizasiya aparatından istifadə edərsə, belə halların qarşısı alınar: “Əvvəllər də bu cür hadisələr olurdu, insanlar ölürdülər. Amma əvvəllər müəyyən vasitələrdən istifadə edirdilər. Məsələn, evlərin bacaları olurdu, ya da nəfəsliyi açırdılar. İndi isə hər yeri bağlayıb yatırlar. Əgər 20 manatlıq siqnalizasiyanı alsalar, belə olmaz. Zəhərlənmənin miqdarı artan kimi biləcəklər. 2007-ci ildən bunu deyirlər. Amma insanlar pullarına qıyıb canlarını xilas etmirlər”, - deyə ekspert bildirir.

“Azəriqaz”: “Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindir”

Dəm qazı zəhərlənmələri ilə bağlı məsuliyyəti “Azəriqaz” da öz üzərinə götürmür.
İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev mətbuata açıqlamasında bildirib ki, qazın tərkibi ilə məsələ SOCAR-ın səlahiyyətindədir: "Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.


Azərbaycanda ilə yüzlərlə adam ölür, cəza isə yoxdur - Günahkar kimdir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ