EURO 2,0368 NEFT 55,03
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:20.04.2017 10:58:13

Azərbaycanda iki qadın intihar edib. Hadisənin biri paytaxtda, digəri isə Zaqatalada baş verib.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib. Həkimlərin səyinə baxmayaraq, Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda isə 27 yaşlı qadın intihar edib. Report-un yazdığına görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


Azərbaycanda iki qadın intihar etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakkaridə PKK-nın 37 mağarası ələ keçirildi - FOTOLAR
    TSQ əməliyyat çərçivəsində bu gün çox sayda silah, sursat və vəsait ələ keçərildiyini bildirib.
     19.09.2017
    Misir XİN-dən Qətər açıqlaması
    Misir xarici işlər naziri "13 maddəlik tələb siyahısını yerinə yetirdiyi təqdirdə Qətərlə dialoqa hazırıq",- deyib.
     19.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ