EURO 1,9459 NEFT 66,53
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:30.06.2018 10:44:35

Müdafiə Nazirliyinin giziri qulluq mövqeyinə səhlənkar yanaşdığına görə Ali Məhkəməyə çıxacaq.

Müdafiə Nazirliyinin giziri qulluq mövqeyinə səhlənkar yanaşdığına görə Ali Məhkəməyə çıxacaq.

“Ölkə.Az”ın məlumatına cinayət məcəlləsinin 342.2-ci maddəsi ilə təqsirləndirilən N saylı hərbi hissənin giziri Bayramov Ramin Cahangir oğlunun məhkəmə baxışı iyul ayının 5-də hakim Fərhad Əliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2016-cı ilin avqust ayında Azərbaycan Respublikası Hərbi Prokurorluğu əsgər Pərviz Paşayevin ölümü faktına görə açıqlama yayıb. Bildirib ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mərhum əskəri Pərviz Paşayevin atası Paşa Paşayevin oğlunun döyülüb öldürülərək kanala atılması barədə bəzi KİV-də dərc edilmiş müsahibəsi ilə bağlı əskərin 30 iyul 2016-cı il tarixdə Mil-Muğan su kanalına düşərək boğulub ölməsi faktına görə Füzuli hərbi prokurorluğu tərəfindən araşdırma aparılıb.

Məlumata görə, aparılmış ilkin araşdırma ilə müəyyən edilib ki, 30 iyul 2016-cı il tarixdə saat 12:50 radələrində mərhum əsgər Paşayev Pərviz Paşa oğlu xidmət etdiyi bölmənin əskərləri ilə birlikdə üzərlərində böyük təyin olunmuş gizir Bayramov Ramin Cahangir oğlunun göstərişinə əsasən Beyləqan şəhərindən keçən Mil-Muğan su kanalının üzərində qurulmuş piyada keçidi üçün nəzərdə tutulmayan metal boruların üstü ilə kanalın bir sahilindən digər sahilinə keçmək istəyərkən müvazinətini itirərək kanala düşüb və suda boğularaq ölüb.

Həmin fakta görə 31 iyul 2016-cı il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 342.2-ci maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılır.
İş üzrə hadisə yerinə baxış keçirilib, mərhum P.P.Paşayevin meyitinin xarici və daxili müayinələri aparılıb, çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-trasoloji ekspertizaları təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilib.

Mərhum əskər Pərviz Paşayevin meyitinin xarici və daxili müayinələrinin nəticələrinə dair məhkəmə-tibb ekspertinin gəldiyi ilkin qənaətə görə onun ölümünə səbəb suda boğulması olub.

İstintaq zamanı gizir Bayramov Ramin Cahangir oğlunun Azərbaycan Respublikası CM-nin 342.2-ci (rəisin öz xidməti borcuna səhlənkar yanaşması ağır nəticələrə səbəb olduqda) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi təsdiq olunduğundan, ona 02 avqust 2016-cı il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan olunub və Füzuli hərbi məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumatda qeyd olunub ki, mərhumun atası Paşa Paşayevin oğlunun döyülüb-incidilməsi, öldürülərək kanala atılması, onun iştirakı ilə hərbi qulluqçuların qrup halında dava etmələri barədə göstərdiyi hallar istintaq zamanı öz təsdiqini tapmayıb.


Azərbaycanda gizirin tapşırığını yerinə yetirən əskər suda boğuldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yeyinti məhsulları ilə bağlı qərarda dəyişikliklər edilib
    Qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.
     20.11.2018
    Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasını almağa hazırlaşır
    Azərbaycan Belarusdan hərbi texnikanın növbəti partiyasının alınmasına dair memorandum imzalayıb.
     20.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ