EURO 1,9874 NEFT 72,68
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:18.11.2017 16:54:52

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib.

Silahlı Qüvvələr miqyasında davam edən komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi Hərbi Dəniz Qüvvələrində keçirilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti komanda idarəetmə məntəqəsindən dəniz poliqonunda təlim tapşırıqlarını yerinə yetirən qüvvə və vasitələrin manevrlərini, eləcə də döyüş atışlarını izləyib.

Ssenariyə əsasən Azərbaycanın Xəzər dənizindəki ərazi sularında olan enerji infrastrukturlarının mühafizəsi üzrə Hərbi Dəniz Qüvvələrinin gəmi qrupunun əməliyyatlarının planlaşdırılması, aviasiyanın dəstəyi ilə şərti düşmənin terror-diversiya qrupunun zərərsizləşdirilməsi və onların müvəqqəti bazasının məhv edilməsi üzrə döyüş atışlı təlim tapşırıqları yerinə yetirilib.

Xüsusi təyinatlıların şəxsi heyəti, döyüş gəmiləri, katerlər və helikopterlərin cəlb olunması ilə keçirilən təlimlərdə şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bölmələrin döyüş qabiliyyətini, praktiki fəaliyyətini və mənəvi-psixoloji hazırlığının səviyyəsini yüksək qiymətləndirib. (lent.az)


Azərbaycanda dəniz poliqonunda təlimlər keçirilir - FOTOLAR

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bahalaşan və ucuzlaşan məhsulların - SİYAHISI
    Cari ilin son üç ayı ərzində ərzaq məhsullarının əvvəlki ayla müqayisədə ardıcıl olaraq ucuzlaşması ikinci rübdə birinci rübə nisbətən ümumilikdə istehlak məhsullarının və xidmətlərin qiymətlərinin 0,3 faiz aşağı düşməsinə səbəb olub.
     16.07.2018
    Ayətullah Xamenei: “Əsrin müqaviləsi” heç vaxt reallaşmayacaq
    İslam düşmənlərinin müsəlmanlarla mübarizədə başda Fələstin məsələsi və Yəmən müharibəsi olmaqla bu cür məsələləri diqqətdə saxladıqlarını xatırladan Ali Lider çıxışını belə davam etdirib
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ