1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:15.03.2020 15:32:48

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılmaqda davam edir. Hazırda bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlər həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmayıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan bildiriblər ki, son məlumata görə, Azərbaycanda yeni koronavirus infeksiyasına daha 4 yoluxma faktı qeydə alınıb. Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasiyentlərin səhhəti ciddi nəzarət altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir:

"Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirməyə çağırırıq".

(report)


Azərbaycanda daha 4 nəfərdə koronavirus aşkarlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ənsarullahın Səudiyyəyə göndərdiyi fələstinlilərlə bağlı mesaja Həmas-dan cavab
    Həmas Yəmənin Ənsarullah hərəkatına təşəkkür edib
     28.03.2020
    Vəkili Tofiq Yaqublu ilə görüşüb
    Vəkil Elçin Sadigov Tofiq Yaqublu ilə görüşüb.
     28.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ