EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:07.03.2018 13:04:11

2013-2017-ci illər ərzində Azərbaycanda 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya kafedrasının assistenti Rahim Əliyev deyib.

Onun sözlərinə görə, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 5 il ərzində xəstələrin aktiv müayinəsi və aşkarlanması, dağınıq skleroz xəstəliyi olan insanlarda əlilliyin qarşısının alınması, onların dövlət tərəfindən dərmanlarla təchiz olunması nəzərdə tutulur. Bakıda bir neçə mərkəzin lazımi avadanlıqlarla təmin olunması planlaşdırılır:

"2013-2017-ci illər ərzində proqram çərçivəsində 1400-ə qədər xəstə müayinə olunub. Onlardan 1214 nəfərə dağınıq skleroz diaqnozu qoyulub və həmin xəstələr müvafiq preparatlarla dövlət tərəfindən tam təmin edilir. 170-dən çox xəstədə diaqnoz tamamilə inkar edilib. 500-ə qədər xəstəyə Avonex preparatı, 200-ə qədər xəstəyə Mitoksantron preparatı təyin edilib. Ümumilikdə dağınıq sklerozdan daha çox 20-40 yaş arası qadınlar əziyyət çəkir".

R.Əliyev əlavə edib ki, xəstəliyin yaranma səbəbləri dərindən öyrənilməsə də, bununla bağlı bir sıra nəzəriyyələr səslənir:

"Xəstəliyin daha çox yayıldığı çoğrafi enliklər var. Ekvatordan uzaqlaşdıqca bu xəstəliyə daha çox rast gəlinir. Bunun səbəbi günəşdir. Saatların sayının az olması ilə izah oluna bilər".

R.Əliyev bildirib ki, xəstəlikdən ölüm halları nadir hallarda baş verir. Bu xəstəlik adətən əlilliyə səbəb olur.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda dağınıq skleroz xəstəliyinə daha çox Bakı şəhərində rast gəlinir. Daha sonra Quba-Xaçmaz, Balakən-Şəki zonası gəlir:

"Xəstəliyin yaranma əlamətləri rəngarəngdir. Ona görə də konkret səbəb bəlli deyil. Xəstələr daha çox görmə pozğunluğu, müvazinətin pozulması, hissiyyat pozulması ilə bağlı müraciət edirlər. Bu cür əlamətlər başqa xəstəliklərdə də müşahidə olunduğundan müqayisə etmək üçün dəqiq diaqnoz qoymaq lazımdır. Dağınıq sklerozun genetik meyilliliyi tam müəyyən olunmayıb. Lakin bir-iki ailədə birinci nəsil qohumlarda bu xəstəliyə rast gəlinib".


Azərbaycanda dağınıq skleroz xəstələrinin sayı açıqlanıb - 1214 nəfər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ