EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.10.2017 16:51:20

Ölkədə Bəhai dininin təbliğatı aparılır.

Azərbaycanda dini cərəyanın təbliğatına başlanılıb.

Bəhai dini adlanan təhlükəli cərəyanın geniş vüsət alması üçün broşurlar paylanılır və Bakının küçələrində insanlarla söhbətlər edilir. Bu barədə İslamazeri.com-a şahidlər məlumat verib. Maraqlıdır ki, bir qrup Bəhai dininə mənsub olan şəxs açıq şəkildə təbliğat aparır. Onlar hətta şəhərin mərkəzində öz "dinlərinin" yayılması üçün əllərindən gələni edirlər.

Şahidlərin sözlərinə görə, bir neçə gün xüsusi təlim gördükdən sonra dini cərəyanın nümayəndələri parklarda, dənizkənarı bulvarda, məhəllələrdə, ictimai-iaşə obyektlərində müxtəlif metodlardan istifadə etməklə sosial layihələrə dəstək adı altında öz ideologiyalarını sadə insanlara aşılayırlar: "Eyni zamanda daha çox məlumat vermək üçün müəyyən yerlərdə görüşmək üçün dəvətnamələr verirlər".

Onlar həmçinin ideologiyalarını təbliğ edərkən İslam dinini ələ salaraq vaxtının bitdiyini, İslam qanunlarının qüvvədən düşdüyünü bəyan edirlər.

"Maraqlıdır ki, bəhailər bu təbliğat kampaniyalarını təşkil edərkən heç kəsdən qorxmadıqlarını, dəstəkləndiklərini dəfələrlə qeyd etmişlər. Sakinlərin nəzərinə çatdırırıq ki, bu kimi hallar qarşısında diqqətli olsunlar. Sosial layihələrdə iştirak etmək üçün dəvət olunduqları zaman kim tərəfindən dəvət olunduqlarını və proqramın nədən ibarət olduğunu tələb etsinlər" - şahidlər bildirir.

Bildirilir ki, cərəyanın təbliğatçılarının Bakının böyük mərkəzlərindən birində tədbir keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, Bəhai cərəyanı 19-cu əsrdə meydana gəlib. Yeni din kimi təqdim olunan bəhailiyin Bəhaullah adlı şəxs tərəfindən yarandığı hətta onun guya peyğəmbər olduğu söylənilir. Diqqət etməli məqamlardan biri də bəhailərin mərkəzi - Ümumdünya Ədalət Evinin binasının İsrailin Hayfa şəhərində yerləşməsidir. Ümumdünya Ədalət Evi tərəfindən yazılan kitablar və sənədlər, bəhailər tərəfindən etibarlı və qüsursuz nümunə olaraq qəbul olunur. 


Azərbaycanda ciddi təhlükə: Dini cərəyan belə təbliğ olunur - FOTO, VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ