EURO 1,9163 TRY 0,2477
USD 1,7 RUB 0,024
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:07.03.2020 20:47:59

İlk tədris günü mart ayının 27-si müəyyən edilir

Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, Nazirlər Kabinetinin Sərəncamına əsasən yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınır.

Aidiyyəti dövlət orqanları və qurumlarına təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsini təmin etmək tapşırılıb.


Azərbaycanda bütün təhsil müəssisələrində tətilin müddəti uzadıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Shafaqna Azərbaycanca” fəaliyyətə başladı - MÜSAHİBƏ
    Ayətullah Şəhristaninin Gürcüstan təmsilçisi, Alulbayt Gürcüstanın rəhbəri Hacı Faiq Nəbiyevlə müsahibə...
     10.07.2020
    Rusiyada ildırım daha bir kilsəni yandırdı -Yanma anının videosu
    Yanğının söndürülməsi prosesinə 14 insan və 5 ədəd texnika cəlb edilib.
     10.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ