EURO 2,0152 NEFT 63,86
USD 1,7001 RUB 0,0291
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:22.09.2017 10:03:02

Dövlət İmtahan Mərkəzində (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri və təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

DİM-dən verilən məlumata görə, görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulmuş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

Yeni modelə əsasən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi - 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Qısa müddət ərzində Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən yeni modelə dair ətraflı şəkildə birgə açıqlama verilməsi planlaşdırılır.


Azərbaycanda buraxılış və qəbul imtahanlarında YENİLİK

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Polşada qalmaqal: Yəhudiləri oğru və vətən xainləri ilə bir tutdular
    Polşada iş adamının elanı qalmaqala səbəb olub.
     24.11.2017
    İŞİD daxilində parçalanma: Terrorçuların başları kəsildi - SƏBƏB
    İŞİD terror təşkilatı öz üzvlərini öldürüb.
     24.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ