1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:03.01.2019 14:53:55

İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

İslamazeri.com Xəzər TV-yə istinadən məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.

Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, "Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”, - deyə selfi edərək paylaşıb.

Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.

Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.


Azərbaycanda bu da oldu: yasdan selfi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ramiz Əzizbəyli bayram günü kövrəldi: “O günü gözləyirəm”
    Uzun müddətdir ki ağır xəstəliklə mübarizə aparan tanınmış aktyor Ramiz Əzizbəyli sağalacağı günü ümidlə gözləyir
     24.03.2019
    Azərbaycan yığması Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə şansını itirib
    19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının elit-raundunda II tur oyununu keçirib.
     24.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ