EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:27.04.2017 13:06:27

ƏSA Teatrından növbəti bir ilk

İslamazeri.com xəbər verir ki, ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq.

Belə ki, 2 may 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır.

ƏSA Teatrının baş meneceri Nicat Qulam bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.

Qeyd edək ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.


Azərbaycanda bir ilk - İşarət dili ilə tamaşa

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əl-Biruni kimdir?
     21.10.2017
    Türkiyə şiələrinin lideri
    Türkiyənin tanınmış din alimi, şiə liderlərindən olan Səlahəddin Özgündüz cümə xütbəsində "Haşdi Şabi"ni müdafiə edib
     21.10.2017
    Hadi Əmiri:
    Kürd media orqanlarının "Həşd-Şabi" qüvvələrinin Kərkükə daxil olduğu yönündə yaydığı spekulyasiyalara etiraz edən Əmiri bu iddiaları rədd etdi.
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ