EURO 1,9828 NEFT 73,13
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:13.10.2017 12:36:17

Azərbaycanda yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik ediləcək.

Qanunun 21-ci (Yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə) maddəsinə yeni - 21.4-cü bənd əlavə olunacaq.

Əlavəyə əsasən, yaşıllıq salınması məqsədilə bələdiyyələr, qeyri-hökumət təşkilatları və əhali müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin materialları, avadanlıq, inventor və digər vasitələrlə əvəzsiz təmin olunurlar. Yaşıllıqların salınması və bərpası üçün əkin materialları yerləşdirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahələri ayrılacaq.

Maddənin 12.3-cü (Yaşıllıqların uçotu, kadastrı və monitorinqi) bəndinə əsasən, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatlar ətraf mühitə dair informasiya almaq haqqında qanunvericiliyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanında toplanacaq və həmin orqanın rəsmi internet səhifəsində yerləşdiriləcək.

Təklif edilən dəyişikliyə əsasən, bu sahədə bələdiyyələrin səlahiyyətləri artırılır. Belə ki, yaşıllıqların uçotu, kadastrı və monitorinqi haqqında məlumatları bələdiyyələr və müvafiq icra hakimiyyəti orqanları toplayacaq.

Maddənin 14.7-ci (Yaşıllıqların bərpası) bəndinə də dəyişiklik edilir. Dəyişikliklə yaşıllıq salınması üçün faydalı bitki cinsi və növləri yerli iqlim şəraiti və torpaqların xüsusiyyətləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.


Azərbaycanda bələdiyyələrə yeni səlahiyyət verilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Avropa iqtisadiyyatı 10 milyard dollar ziyana uğrayıb
    Avstriyanın Tehrandakı səfiri Stefan Şults, ABŞ-ın nüvə müqaviləsindən çıxmasından sonra bu qısa müddətdə Avropa iqtisadiyyatının 10 milyard dollar zərərə uğradığını açıqlayıb.
     20.07.2018
    Almaniyadan deportasiya olunanlarla bağlı rəsmi AÇIQLAMA
    Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib.
     20.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ