1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:14.03.2017 15:49:56

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 13 mart 2017-ci il tarixli qərarına əsasən, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialı və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına verilmiş icazələr ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər ki, Palatanın Direktorlar Şurasının iclasında "Yapı Kredi Bank Azərbaycan" QSC-nin Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova küçəsi, 2a ünvanında yerləşən "İnşaatçılar" filialının bağlanması üçün müraciətinə baxılıb və müsbət qərar qəbul edilib. Belə ki, sözügedən filialın bağlanmasına əsas səbəb "Yapı Kredi Bank Azərbaycan" tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

İclasda, həmçinin "Muğanbank" ASC-nin "Biləsuvar" filialının icazəsinin ləğv edilməsinə dair müraciətinə baxılıb. Sözügedən filialın bağlanmasına səbəb olaraq filialın fəaliyyətinin rentabelli olmaması, pərakəndə biznes məhsullarının satışına yönəlmiş müştəri axınının azalması və həmin ərazilərdə cəlb ediləcək korporativ müştərilərin fəaliyyətinin azlıq təşkil etməsi olub.

Direktorlar Şurası "Banklar haqqında" Azərbaycan Respublikasının Qanunun 16.2.9-cu və 17.3-cü maddələrini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Yapı Kredi Bank Azərbaycan" QSC-nin "İnşaatçılar" filialına Mərkəzi Bank tərəfindən verilmiş 19.02.2015-ci il tarixli â„–243/17 saylı icazəni və "Muğanbank" ASC-nin "Biləsuvar" filialına 30.05.2012-ci il tarixli â„–29/28 icazəni ləğv edib.


Azərbaycanda 2 bankın filialı bağlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Oğuzda zəlzələ olub
    Oğuz rayonu ərazisində, Şəkidən 28 kilometr cənub-şərqdə, zəlzələ qeydə alınıb.
     22.04.2018
    22 aprel - Beynəlxalq Yer Günüdür
    22 aprel “Beynəlxalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir.
     22.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ