EURO 1,9988 NEFT 52,52
USD 1,7008 RUB 0,0288
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:07.02.2017 15:38:03

"Maliyyələşdirə bilmədiyimiz üçün bağladıq."

Maliyyə Nazirliyinin 17 noyabr 2016-cı il tarixli məktubuna əsasən yanvarın 1-dəm “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin tibbi xidmət göstərən müəssisələri təsərrüfat hesabına keçib. Bu səbəbdən özünü təmin edə bilməyən xəstəxanaların fəaliyyəti dayandırılıb.

Salyan Dəmir Yolu Xəstəxanasının bağlanması nəticəsində orada işləyən 40-a yaxın qadın işçi etiraz edib. Onlar Astaradan Bakıya gələn 59 saylı sərnişin qatarının hərəkətini Salyan stansiyasında dayandırıb və işə bərpa olunmalarını istəyiblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova azvision.az-a bildirib ki, Maliyyə Nazirliyinin məktubuna əsasən bu müəssisələrin maliyyələşdirilməsinin dayandırılması və onların özünü təmin etmə prinsipinə keçidi haqqında qərar qəbul edilib. Həkim və sanitar xidmətələrə vəsait ayılmadığı üçün bəzi xəstəxanalar təsərüffat hesablı edilib, bəziləri is bağlanılıb.

“Salyan Dəmiryol Xəstəxanasını da maliyyələşdirə bilmədiyimiz üçün bağladıq. Ona görə işçilər arasında belə ajiotaj yaranıb. Bu səbəbdən qatar 25 dəqiqə gecikib. Başqa bir problem olmayıb”.

S.Qədirova bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin rayonlarda 10 xəstəxana və tibbi məntəqəsi bağlanıb.

“Bunlar Kürdəmir, Ucar, Lənkəran, Yevlax Dəmiryol Ambulatoriyası, Salyan Dəmiryol Xəstəxanası, Hacıqabul Dəmiryol Xəstəxanası, Mincivan Dəmiryol Xəstəxanası, Gəncə Dəmiryol Gigiyena və Epidemiologiya Mərkəzi, İmişli Gigiyena və Epidemiologiya Mərkəzi, Taun Əleyhinə Stansiyadır. Rayonlarda fəaliyyət göstərən xəstəxana və məntəqələrin hər birində ən azı 60 ştat olub”.


Azərbaycanda 10 xəstəxanın fəaliyyəti dayandırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya İŞİD-i darmadağın etdi: 200-dən çox terrorçu məhv edildi - VİDEO
    Rusiya Hava Kosmik Qüvvələri (HKQ) Suriyada İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
     21.08.2017
    İspaniya məhkəməsi İsrail rejiminin Baş naziri Netanyahunun həbs olunması ilə bağlı hökm verdi
    7 nəfərin arasında Sionist rejimin keçmiş hərbi naziri Moşe Yəlun və hazırki hərbi nazir Aviqdor Liberman da yer alır.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ