EURO 1,9254 NEFT 60,52
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:27.03.2018 12:31:29

İrandan Azərbaycana gizli yollarla narkotik vasitələrin keçirilməsi hallarının qarşısının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayon sakini Çingiz Mansurovun İrandan Azərbaycana narkotik maddə keçirməsi barədə məlumat daxil olub. Həyata keçirlən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb və onun üzərindən 51,42 qram, mənzilindən isə 123,42 qran heroin aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ç.Mansurovla cinayət əlaqəsinə girərək narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha iki nəfər - paytaxt sakinləri Emin Tağıyev və əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılıb. A.Dadaşovun yaşadığı evə baxış zamanı 560,328 qram heroin aşkar olunaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü olan Ç.Mansurov bir müddət əvvəl şəxsi avtomobili ilə dövlət sərhəddini keçərək İran İslam Respublikasına gedib. Ç.Mansurov orada Cəmşid adlı şəxslə cinayət əlaqəsinə girərək 1 kiloqrama yaxın heroini satmaq məqsədi ilə Azərbaycana aparmaq barədə razılığa gəlib. Bu məqsədlə heroin Ç.Mansurovun avtomobilinin arxa təkər sistemində gizlədilib və ölkəyə keçirilib.

Narkotik maddənin satışı isə E.Tağıyev və A.Dadaşov tərəfindən təşkil olunmalı idi.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Azərbaycana avtomobilin təkərində heroin gətirən şəxslər saxlanılıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Sadiq (ə) buyurur: “Bizim tərəfdarlarımızı üç şeydə sınayın...”
    Hədislərdə var: Hədislərlə qəlbinizi dirildin...
     12.12.2018
    Ərdoğan: Heç kim Türkiyəyə insan haqları dərsi verməyə cəhd etməsin
    Ərdoğan Fransa hadisələri üzərindən tənqid etdiyi Qərbə bundan sonra demokratiya və insan haqlarından söz etməmələrini istədi.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ