EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:24.04.2019 16:48:33

Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir.

Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva erməni həmkarının bəyanatını şərh edərkən deyib.

L.Abdullayeva bildirib: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Avropa İttifaqı-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, erməni tərəfinin bu bəyanatı münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir".

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini deyib.


Azərbaycan XİN: Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ