EURO 2,0067 NEFT 73,92
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏYAT

Kateqoriya : XƏBƏRLƏR

HƏYAT

Yayınlanma tarixi:22.03.2018 12:19:06

Bu barədə Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb.

Azərbaycan vətəndaşları 2018-ci ilin yanvar-fevral ayları ərzində Türkiyədə 128 ev alıblar. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 ev və ya 17,4% çoxdur.

“Report” xəbər verir ki, bu, Türkiyə Statistika İdarəsinin illik hesabatında əksini tapıb. 

Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışının 65-i yanvar, 63-ü isə fevral ayında həyata keçirilib. Beləliklə, fevral ayında ev alışında aylıq müqayisədə cüzi azalma müşahidə olunsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 8 ev və ya 14,6% artım qeydə alınıb.

Bununla da, bu ilin ilk 2 ayı ərzində vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin sıralanmasında Azərbaycan IX yeri tutub. Hesabata əsasən, I yerdə İraq (580 ev), II yerdə Səudiyyə Ərəbistanı (338 ev), III yerdə Rusiya (249 ev), IV yerdə Əfqanıstan (242 ev), V yerdə Küveyt (207 ev), VI yerdə İran (205 ev), VII yerdə Almaniya (142 ev), VIII yerdə İordaniya ( 130 ev) vətəndaşları qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə ev alışı illik müqayisədə 332 ev və ya 54,4% artaraq 2017-ci ildə 942-yə çatıb. Bununla da, ötən il vətəndaşları Türkiyədə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan VI yeri tutub. Xatırladaq ki, Azərbaycan 2016-cı ildə bu siyahıda İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Rusiya, Əfqanıstan, İngiltərə, Almaniya və İrandan sonra IX yerdə olub.


Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluğa daxildir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda aqrar sektor böyüyüb
    Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 770,4 mln. manat təşkil edib ki, onun da 1462,7 mln. manatı heyvandarlıq, 307,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.
     18.06.2018
    Mübariz İbrahimovun şəhid olduğu gündür - VİDEO
    Bu gün Azərbaycan torpaqları uğrunda canından keçmiş Mübariz İbrahimovun şəhid olduğu gündür.
     18.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ