EURO 1,8991 TRY 0,294
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:20.06.2019 11:04:54

Cümə axşamı günü Washingtonda Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə novbəti danışıqların keçiriləcəyi gözlənilir.

Cümə axşamı günü Washingtonda Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsi üzrə novbəti danışıqların keçiriləcəyi gözlənilir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında Minsk qrupu həmsədrlərinin vasitəsilə təşkil edilmiş görüş cəbhə xəttində vəziyyətin gərginləşməsi şəraitində baş tutur.

Siyasi təhlilçilərdən bəziləri görüşdən "fundamental" irəliləyiş gözləmir, bəziləri isə deyir ki, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş barədə razılaşma əldə olunsa, bu, irəliləyişin əsas əlaməti ola bilər.

Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan yanvar ayında Moskvada və aprel ayında Parisdə görüşüblər. Tərəflər növbəti danışıqlar raundunu Minsk qrupundakı üçüncü vasitəçi ölkə - ABŞ-da keçirmək qərarına gəliblər.

Cəbhə xəttində gərginlik

İyun ayının əvvəlindən tərəflər bir-birini həm atəşkəsin pozulmasına görə, həm də danışıqlar prosesinə təsir etməkdə ittiham ediblər.

Mediada yayılmış xəbərlərə görə, iyun ayının əvvəlindən bəri atəşkəsin pozulması nəticəsində hər iki tərəfdən ən azı iki nəfər olmaqla dörd hərbçi həlak olub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Ermənistanın keçirdiyi hərbi manevrləri tənqid edərək deyib ki, "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında iki ölkənin xarici işlər nazirlərinin Vaşınqtonda keçiriləcək görüşü ərəfəsində Ermənistan tərəfinin bu addımları anlaşılmazdır".

Ermənistanın Xarici İşlər Nazirliyi isə ötən həftə yaydığı bəyanatda bildirib ki, atəşkəsin pozulması halları nizamlama gündəmində duran məsələlərin müzakirəsinə mane olur, tənzimləmə prosesindəki "tərəqqiyə zərbə vurur".

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, 18 illik fasilənin ardınca tənzimləmə üzrə görüşün yenidən ABŞ-da keçirilməsini Qərbin fəallaşmasına dəlalət edən siqnal kimi də dəyərləndirmək olar.

Onun sözlərinə görə, Yerevanın Qərbə doğru hərəkət etməsinə dair işarələr ölkə daxilində müxalifət qüvvələri hərəkətə gətirib.

"Rusiya Ermənistanın təhlükəsizliyinin təminantçısı kimi Yerevanın uzunmüddətli partnyor olmasından artıq şübhə edir", Tofiq Zülfuqarov düşünür.

Görüşdən nə gözlənilir?

Onun sözlərinə görə, Ermənistan öz xarici siyasət vektorunu birmənalı həll etməyənə kimi tənzimləmə prosesi ilə reallıq arasında boşluq mövcud olacaq.

"Danışıqlar prosesi real vəziyyətlə əlaqəni itirib, o, öz axarı ilə gedir. Regiondakı geosiyasi proseslər isə başqa istiqamət alıb", - BBC News Azərbaycancaya danışan Tofiq Zülfüqarov deyir.

Bu baxımdan azərbaycanlı diplomat görüşdən konkret nəticələr gözləmədiyini deyir.

Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov deyir ki, danışıqlar fonunda bölgədə keçirilən hərbi təlimlər münaqişə təhlükəsini artırır.

"Ardıcıl təlimlər elə belə keçirilmir. Ordu daima səfərbərlik durumunda qala bilməz. Vəziyyət ən pis ssenariyə doğru yuvarlana bilər, o, nəzarət altından çıxa bilər".

Rasim Musabəyov BBC News Azərbaycancaya müsahibəsində deyir ki, Washington-da Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə razılaşma irəliləyişin əsas əlaməti ola bilərdi.

7-11 iyun tarixlərində Naxçıvanda Türkiyə-Azərbaycan taktiki təlimləri keçirilib. 17 iyundan bəri tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın Dağlıq Qarabağda keçirdiyi təlimlər cümə günü başa çatmalıdır.

Ermənistanlı siyasi təhlilçi Anuş Sedrakyan isə hesab edir ki, danışıqlar əsnasında zorakılığın eskalasiyasına son qoymaq mümkün olsa idi, bu, müsbət nəticə sayıla bilərdi.

"Bundan sonra status-kvonun qorunub saxlanması Qarabağın və Ermənistanın inkişafına mane olmazdı".

BBC News Azərbaycancaya danışan Anuş Sedrakyan görüşdən hər hansı fundamental məsələnin həllini gözləmir.

Ermənistan Demokratik Partiyasının sədri Armen Sarkisyan hesab edir ki, Yerevan təmas xəttində atəşkəs rejiminin pozulmasında təqsirkar tərəfi müəyyən etməli və ona qarşı beynəlxalq sanksiyaları "qətnamənin qəbul olunmasını tələb etməlidir", əks təqdirdə görüş "protokol xarakterli ola bilər". 

Ermənistan və Azərbaycan 20 ildən çoxdur ki, BMT-nin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir.

1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez atəşkəsin pozulması xəbərləri verir.

ABŞ, Fransa və Rusiyanın daxil olduğu Minsk qrupu həmin vaxtdan etibarən münaqişəni həll etməyə çalışır.(BBC News Azərbaycanca)


Azərbaycan və Ermənistan görüşü; regionda vəziyyət necədir?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Britaniyada ümumi seçkilər keçirilir
    Cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilir.
     12.12.2019
    Avropa Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqladı
    Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb
     12.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ