EURO 2,0981 NEFT 73,83
USD 1,7 RUB 0,0279
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.06.2017 14:10:07

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz qartalı - 2017” birgə təlimləri davam edir.

İslamazeri.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad edilməsi, yaralıların təxliyə olunması və digər tapşırıqları yerinə yetiriblər.

Təlimlərdə həmçinin hava komponentlərindən istifadə olunub.

Təlimləri Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Zaza Çxaidze, Xüsusi təyinatlı qüvvələrin komandiri, polkovnik Dmitri Kiknadze və Türkiyənin Gürcüstandakı səfiri Zəki Levent Gümrükçü izləyiblər.

“Qafqaz qartalı 2017” birgə hərbi təlimi artıq üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin dərinləşdirilməsi, bilik və təcrübələrin əldə olunmasıdır.


Azərbaycan, Türkiyə və Gürcüstan növbəti təlim keçirilib - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İmam Hüseynə bağlılıq hörmət və əzəməti artırır
    İslamazeri.az-ın "Din" rubrikasından...
     20.04.2018
    Rusiya İŞİD-ə zərbə endirdi
    Suriya ordusunun əməliyyatına dəstək verən Rusiya Hava Qüvvələri Dəməşqin cənubundakı İŞİD mövqelərini vurmağa başlayıb.
     20.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ