1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:19.05.2017 16:19:44

Ədliyyə Nazirliyi mövcud qanunvericiliyi əsas gətirərək, Xəzər Universitetina ayrılan qrantı qeydiyyata almaqdan imtina edib

Xəzər Universiteti 2 milyon dollar dəyərində qrantdan məhrum edilib. Bunu Sputnik Azərbaycan-a sözügedən ali təhsil müəssisəsinin təsisçisi və rektoru Hamlet İsaxanlı bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə universitet ona Avropanın Erasmus+ proqramı çərçivəsində, təhsil sahəsində islahatların aparılması üçün qrant ayırıb. Lakin Universitet ayrılan qrantı qeydiyyata aldıra bilməyib.

İsaxanlının sözlərinə görə, Azərbaycanın Ədliyyə Nazirliyi mövcud qanunvericiliyi əsas gətirərək, qrantı qeydiyyata almaqdan imtina edib və nəticədə iki milyon dollar vəsait Gürcüstan və İspaniya universitetlərinə yönləndirilib. Baxmayaraq ki, həmin qrantla bağlı müraciət AR Təhsil Nazirliyi ilə razılaşdırılmış və təsdiq edilmişdi. Beləliklə, Azərbaycanın qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş qanunvericilik aktları çərçivəsində, Xəzər Universiteti əlavə maliyyələşmədən məhrum olmaq məcburiyyətində qalıb. Baxmayaraq ki, QHT-lərdən fərqli olaraq, ali təhsil müəssisəsinə bu vəsaitlər ictimai fəaliyyətlər üçün deyil, təhsilin səviyyəsini və pedaqoji heyətin əmək haqlarını artırmaq məqsədilə ayrılır.

İsaxanlının sözlərinə görə, hazırda universitet ağır dövrünü yaşayır. Devalvasiyadan sonra ali məktəbin gəlirləri iki dəfə aşağı düşüb. Bununla yanaşı, təhsil müəssisəsinin hesabının olduğu və vəsaitlərinin saxlanıldığı bank iflasa uğrayıb. Bütün bunlara baxmayaraq, universitet rəhbərliyi tələbələrin təhsil haqqını artırmağı planlaşdırmır.

"Biz istər keçən il, istərsə də bu il təhsil haqlarında ciddi korrektələr etməyi planlaşdırmamışıq. Hesab edirik ki, hazırkı dövrdə hamının maliyyə vəziyyəti oxşardır" - rektor bildirib.

Onun sözlərinə görə, maliyyə çətinlikləri hamıya təsir edir - həm valideyinlərə, həm də özəl şirkətlərə: "Bununla əlaqədar olaraq, biz imkan daxilində universitetdə təhsil üçün ödəniş xərclərində ciddi dəyişikliklər etmək niyyətində deyilik".

Qeyd edək ki, hazırda Xəzər Universitetində fakültələrdən asılı olaraq illik təhsil ödənişləri 3-4,5 min manat aralığında dəyişir.


Azərbaycan təhsilinə ayrılmış 2 milyon dollar ünvana çatmadı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ