EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:12.11.2019 11:20:30

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norov və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şanxayda əməkdaşlıq məsələlərini müzakirə ediblər

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Vladimir Norov və Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev Şanxayda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

ŞƏT-in saytında verilən məlumata görə, görüş 2-ci Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində baş tutub.

“Norov terrorizm və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ticarət, iqtisadi və mədəni əlaqələr, nəqliyyat əlaqələri, rəqəmsallaşdırma və elektron ticarətin inkişafı, eləcə də turizmin təşviqi sahəsində əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, ŞƏT-ə üzv olan dövlətlər müşahidəçilərin və dialoq üzrə tərəfdaşların təşkilatın saziş və razılaşmalarına qoşulması məsələsini öyrənirlər", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan elə bu gün ŞƏT-in üzvü olan dövlətlərin hökumətləri arasında imzalanmış Beynəlxalq avtomobil daşımaları üçün əlverişli şəraitin yaradılması haqqında Sazişə qoşulma istiqamətində işə başlaya bilər.

Bundan əlavə, Norov Azərbaycan universitetlərinə tələbələr arasında “ŞƏT modeli” oyununun keçirilməsini təklif edib.

Ş.Mustafayev Azərbaycan ilə ŞƏT arasında qarşılıqlı əlaqələrin müsbət məcrada inkişaf etdiyini vurğulayıb. O, Azərbaycanın təşkilatla əməkdaşlığı bundan sonra da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib, siyasi sahədə, eləcə də müxtəlif mədəni layihələrin həyata keçirilməsində sıx əməkdaşlığı yüksək qiymətləndirib.


Azərbaycan ŞƏT ölkələrinin sazişinə qoşulmağa hazırdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ