EURO 1,8536 NEFT 52,45
USD 1,7238 RUB 0,0304
  1. http://www.islamazeri.com/
  2. İNFO

Kateqoriya : İNFO

Yayınlanma tarixi:13.10.2016 14:23:43

Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu...

"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropatena adlandırılmışdır. Adın orijinalının mənbəyi bölgədə bir vaxtlar geniş yayılmış Zərdüşt dinidir və mənası "od tərəfindən mühafizə olunan" və ya "odun məkanı" deməkdir. Orta əsr ərəb coğrafişünasları bu ekzonimin şəxs adı olan Adarbadordan (adar - atəş, baykan - mühafizəçi) xalq etimologiyasının nəticəsi kimi əmələ gəldiyini fikirləşmişlər. Abbasqulu ağa Bakıxanov isə bu sözün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirmişdir. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxmışdır.

Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmirdilər. XIII əsrin əvvəllərindən bir qayda olaraq Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişirdi. Səfəvilər dövründə bir müddət üçün Arazdan şimaldakı müəyyən ərazilər Azərbaycan əyalətinə birləşdirildi. Ancaq Səfəvilərin süqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi. Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən göstərildi. XIX əsrin sonlarında avropalı alim və jurnalistlər Azərbaycan terminini Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar.

1917-ci ilin 15-20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı. 27 may 1918-ci ildə "Azərbaycan" adı Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu elan edən Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən rəsmi olaraq istifadə edilmişdir. Bu hadisə İranda, xüsusilə Azərbaycan intelektualları arasında təəccübə səbəb olmuşdu. Şeyx Məhəmməd Xiyabani və yoldaşları özlərini AXC-dən fərqləndirmək üçün İran Azərbaycanının adını Azadıstan qoydular.


"Azərbaycan" sözünün mənası

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ali məktəblərin qabiliyyət imtahanının müsabiqə şərtləri məlum olub
    Ali təhsil müəssisələrinin Qabiliyyət İmtahanı komissiyaları üzrə müsabiqənin şərtləri məlum olub.
     30.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ