EURO 1,8355 TRY 0,2801
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:10.02.2020 18:31:23

İlham Əliyev Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə təbrik məktubu ünvanlayıb.

İslamazeri.com xəbər verir ki,  məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Tarixi, mədəni və dini köklərə əsaslanan, mehriban qonşuluq şəraitində inkişaf edən Azərbaycan-İran münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlarda, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə xalqlarımızın rifahı naminə bundan sonra daha da möhkəmlənəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə cansağlığı, işlərinizdə uğurlar, dost İran xalqına daim sülh və firavanlıq diləyirəm”.


Azərbaycan Prezidenti İran Prezidentini təbrik etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahunun fırıldaqçılıq və ona göstərilən etimaddan sui-istifadə ittihamları ilə məhkəməsi başlayır
    Məhkəmə Netanyahunun ilkin dinləmədə iştirak edəcəyini bildirib.
     19.02.2020
    Beyinləri kiçik olanlar oğurluq və zorakılığa meyllidir - Alimlərin yeni araşdırması...
    Alimlərin araşdırmaları oğurluq və zorakılıq edənlərin, eləcə də yalan danışanların beyinlərinin daha kiçik olduğunu aşkar edib.
     19.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ