EURO 2,0067 NEFT 73,04
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:07.01.2017 17:01:50

Bu il yanvarın 1-nə Azərbaycanın qızıl ehtiyatı 22 ton təşkil edib.

“Report” Ümumdünya Qızıl Şurasına (WGC) istinadən xəbər verir ki, bu, ötən ilin dekabrın 1-i ilə müqayisədə 0,07% azdır.

Hazırda Azərbaycanın qızıl ehtiyatları onun ümumi valyuta ehtiyatlarının 12,8%-ni təşkil edir və bununla ölkə dünya miqyasında 60-cı yerdə qərarlaşıb.

Xatırladaq ki, bir qədər əvvəl Beynəlxalq Valyuta Fondu (IMF) bəyan edib ki, Azərbaycan ötən ilin oktyabr ayında 4,2 ton qızıl satıb. Bu, ölkənin ümumi valyuta ehtiyatlarının 14,39%-i qədər olub. 

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) hesabatına əsasən, sentyabrda Azərbaycanın qızıl ehtiyatlarının həcmi 30,17 ton olub. IMF isə bu rəqəmin 29,182 ton olduğunu bəyan edib. 

Qızıl ehtiyatlarının həcminə görə, dünyada ilk 3-lükdə ABŞ, Almaniya və IMF qərarlaşıb. ABŞ-ın 8133,5 ton, Almaniyanın isə 3377,9 ton qızıl ehtiyatı var. Bu da müvafiq olaraq onların ümumi valyuta ehtiyatlarının 74,2% və 68,1%-ni təşkil edir.

Dünyada ən az qızıl ehtiyatına malik ölkə isə Monqolustandır ki, onun da cəmi 1 ton qızıl ehtiyatı var. Bu da Monqolustanın ümumi valyuta ehtiyatlarının 2,8%-ni təşkil edir.


Azərbaycan ötən ay qızıl ehtiyatının bir hissəsini də satıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • AXCP fəalı həbs olunub
    Rəsmi qurumlar Füzuli Hüseynovun həbsi ilə bağlı hər hansı məlumat yaymayıb.
     16.06.2018
    Abşeronda 17 evdən oğurluq edən şəxs tutulub
    Abşeronda Asif Ağayev adlı şəxs oğurluq etdiyinə görə tutulub
     16.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ