EURO 1,9368 NEFT 63,13
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:26.06.2018 17:42:27

Seyidağa Mövsümlü dəfn olunub

Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü dəfn olunub.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun APA-ya verdiyi məlumata görə, S. Mövsümlü Buzovna qəbiristanlığında torpağa tapşırılıb.

Mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, S. Mövsümlü gecə saatlarında uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.

S. Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.

S. Mövsümlü Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.


Azərbaycan Ordusunun ilk hərbi operatoru dəfn olunub - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanlı biznesmen Moskvada öldürüldü - FOTO
    İş adamı Toğrul Tağıyev gecə saatlarında Moskva yaxınlığında avtomobildə yaralı halda aşkar edilib.
     22.11.2018
    Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
    O əlavə edib ki, sürücülər avtomobil yollarında yağış sularının əmələ gətirdiyi gölməçələrdən keçərkən ətrafda hərəkət edən piyadaları da nəzər almalıdırlar.
     22.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ