1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:30.06.2017 15:17:50

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medalın təsis olunması ilə bağlı məsələ müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu medalın xüsusi əhəmiyyəti var.

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavə təklif kimi müzakirəyə çıxarılan layihəyə görə, qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də, sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə səsə qoyularaq qəbul olunub.

APA


Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ərdoğan ermənilərə müraciət edib
    Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan İstanbuldakı Erməni Apostol Kilsəsinin din xadimlərinə məktub göndərib.
     24.04.2018
    Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
    İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani Tehranda etdiyi çıxışda gündəm mövzularına toxunub
     24.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ