EURO 1,9673 NEFT 80,46
USD 1,7 RUB 0,0259
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:24.03.2018 14:15:17

Azərbaycan Ordusunun əsgəri şəhid olub

İslamazeri.com xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Rzayev Xəyyam Pənah oğlu şəhid olub. O doğulub başa çatdığı Cəlilabad rayonunun Uzantəpə kəndində dəfn olunacaq. Bir müddət cənazə, Cəlilabad Cümə məscidinə gətirilib və  böyük insan kütləsinin müşaiyətilə Uzuntəpə kəndinə dəfn mərasiminə aparılır.

Allah rəhmət etsin!

"Xəyyamın həyatda ən böyük arzusu şəhid olmaq idi. O, elə deyirdi ki, dövlətimiz, vətənimiz, xalqımız uğrunda şəhid olmaq istəyirəm. Bunu elə təbəssümlə deyirdi ki, sanki, o, şəhidlik zirvəsinə ucalacağını öncədən bilirdi" - bunu İnterpress.az-a açıqlamasında ötən gün döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirən zaman şəhid olan Xəyyam Rzayevin atası Pənah Rzayev deyib.
Şəhid X.Rzayev hərbi xidmətə getməmişdən öncə, valideynlərinə şəhid olsa,narahat olmadıqlarını bildirib: "Getməmişdən qabaq dedi ki, narahat olmayasız deyə, indidən deyirəm sizə. Bidəfə dedi ki,ata, böyük qardaşım hərbi xidmətə yararlı olmadığı üçün mən onun da əvəzində xidmət edəcəm".
Şəhid atası oğlu ilə fəxr etdiyini bildirib: "Mən bu gün oğlumla bir daha fəxr etdim. Qürur hissi duyuram ki, oğlumun şəhid olmasına görə, bu gün minlərlə adam bizə gəlir və mənə təsəlli verir. Bunlar hamısı mənim üçün təsəllidir. Mən fəxr edirəm Xəyyamla. Xəyyam dünənə qədər təkcə mənim oğlum idisə, bu gündən bu xalqın, millətin də oğludur. Əsas odur, Vətən sağolsun. Bu torpaqda yaşayırıqsa, millətimizi, dövlətimizi seviriksə, bu torpaq uğrunda canla başla onu qorumalıyıq".


Azərbaycan Ordusu şəhid verdi - "Ən böyük arzusu şəhidlik idi..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səudiyyə Türkiyədəki cinayətini etiraf etməyə hazırlaşır
    Səudiyyə Ərəbistanı Camal Xaşukcinin ölüm şəraiti haqda hesabat hazırlayır.
     16.10.2018
    ABŞ-ı 2008 böhranından daha təhlükəli böhran gözləyir
    Pyotr Şif ABŞ iqtisadiyyatı və birjasının böyük bir iqtisadi durğunluğun astanasında olduğu xəbərdarlığını edib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ