EURO 1,923 NEFT 60,78
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:06.12.2018 11:53:07

"Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir."

Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılması ideyasını dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclasının kuluarlarında bildirib.

Nazir qeyd edib: "Bəli, düşünürəm ki, bu istiqamətdə işləmək lazımdır".

O, həmçinin Monitorinq Komitəsinin iclaslarından birinin Bakıda keçiriləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, ötən gün Neft İxrac edən Ölkələr Təşkilatına üzv və kartelə daxil olmayan ölkələrin (OPEK+) Nazirlərinin Birgə Monitorinq Komitəsinin 12-ci iclası Vyanada öz işinə başlayıb.

İclasda neft bazarındakı son durum, OPEK+ ölkələri tərəfindən neft hasilatının həcmi kimi məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadadır və dekabrın 7-də OPEK Nazirlər Şurasının 175-ci iclası çərçivəsində OPEK və qeyri-OPEK nazirlərinin 5-ci görüşünə qatılacaq.


Azərbaycan OPEK+ çərçivəsində neft hasilatının azaldılmasını dəstəkləyir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan iqtisadiyyatı 1% böyüyüb
    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.
     17.12.2018
    Avropa da Türkiyəyə səsləndi: Suriyada əməliyyat keçirməyin
    Avropa İttifaqının rəsmisi Türkiyə prezidentinin son bəyanatını şərh edib.
     17.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ