EURO 1,8883 TRY 0,2957
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:14.09.2019 17:29:02

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

İslamazeri.com-un "Report"a istinadən verdiyi məlumata görə, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib.

O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

O, bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin “Traviata”, C.Rossininin “Sevilya bərbəri”, R.Leonkavallonun “Payatsı”, F.Əmirovun “Sevil” operaları, P.Çaykovskinin “Romeo və Cülyetta”, Q.Qarayevin “Don Kixot”, “Leyli və Məcnun”, T.Bakıxanovun “Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin “Müdriklər”, İ.Əfəndiyevin “Büllur sarayda”, C.Cabbarlının “Od gəlini”, “Aydın”, S.Vurğunun “Fərhad və Şirin”, N.Həsənzadənin “Pompeyin Qafqaza yürüşü”, H.Orucovun “Bu dünyanın adamları”, B.Vahabzadənin “Cəzasız günah”, Elçinin “Poçt şöbəsində xəyal”, H.Həsənovun “Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

T.Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!


Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • ABŞ və Britaniya rəsmiləri iki rusiyalı hakerə qarşı ittiham irəli sürüb
    İttihama görə, həmin cinayətlər nəticəsində dünya boyu çox sayda insan on milyonlarla dollar pul itirib.
     06.12.2019
    Vilayət Eyvazov polkovniki təqaüdə göndərdi
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini -“Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov təqaüdə göndərilib.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ