EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:13.01.2019 00:09:19

“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır.

Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin “Elbit Systems” şirkətinin istehsal etdiyi “SkyStriker” idarə olunan uçuş aparatları ilə zənginləşdiriblər. Virtualaz.org xəbər verir ki, məlumatı “bmpd” inernet-portalı yayıb.

Yanvarın 10-da bu silahlar Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində Prezident İlham Əliyevə nümayiş etdirilib.

“Kamikadze dron” o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.

“SkyStriker” iki saata qədər havada qala bilir. Dronu idarə edən şəxs onu hədəfə doğru yönəldə, praktiki olaraq təmas nöqtəsinə çatdıra bilər və eyni zamanda, hücumu ləğv etmək imkanına da malikdir. Uçuş vaxtı diqqətə layiq hədəf müəyyən edilməyibsə, PUA geri qayıda və paraşütün köməyi ilə yerə enə bilər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ordusunun ixtiyarında artıq İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin istehsalı olan “Harop” və “Aeronautics Defense Systems” (ADS) şirkətinin istehsalı olan “Orbiter 1K” (“Zərbə-K”) birdəfəlik kiçik zərbə PUA-ları var. 2016-cı ilin aprelində dördgünlük müharibənin gedişində həmin PUA-lardan erməni mövqelərinə zərbələrin endirilməsində istifadə edilib.

Mənbə bildirir ki, IAI “Harop”dan fərqli olaraq, “SkyStriker” və ADS “Orbiter 1K”, demək olar ki, səssizdirlər, belə ki, elektrik mühərrikləri ilə hərəkətə gətirilirlər.


Azərbaycan İsraildən “SkyStriker” kamikadze dronları alıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ