EURO 1,8842 TRY 0,2624
USD 1,7 RUB 0,0214
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.03.2020 20:45:14

Bu haqda Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.

Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib. 

İslamazeri.com xəbər verir ki, bu haqda Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub. 

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir.


Azərbaycan İrana 5 milyon ABŞ dolları yardım etdi - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahunun başınun üstünü
    Netanyahu müşaviri koronavirusa yoluxduğuna görə karantinə alınıb
     30.03.2020
    Azərbaycanda daha 64 nəfərdə koronavirus aşkarlanıb, 11 nəfər sağalıb
    Bu barədə aNazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
     30.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ