EURO 1,9474 NEFT 79,13
USD 1,7 RUB 0,026
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:18.04.2018 14:15:19

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb.

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Belə ki, müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin IV İslam Həmrəyliyi Oyunları və “Formula-1” kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 88 ölkə arasında 31-ci yerdədi. 2 pillə irəliləyən ölkəmizin əmsalı 5,578 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDBölkələri arasında ötən il olduğu kimi yenə 3-cü pillədədi.

Bizi yalnız ümumi siyahıda dördüncü olan Rusiya (34,196) və 27-ci pillədə qərar tutan Belarus (6,351) qabaqlayır. Azərbaycan Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, Rumıniya, Xorvatiya kimi idman ölkələrini arxada qoyur.

İlk “üçlük”də də dəyişiklik olub. ABŞ (39,681) və Böyük Britaniya (36,568) ilk 2 pillədəki yerini qoruduğu halda, Çin (36,035) 3-cü yerə yüksəlib. Onlar 4-cü pilləyə enən Rusiyanı (34,196) qabaqlayıblar. Siyahıda 3 pillə geriləyən Türkiyə (6,159) 28-ci yerə düşüb.

Şəhərlərin siyahısına isə bu dəfə Tokio başçılıq edir. 2 pillə irəliləyən Yaponiya paytaxtının aktivində 18,494 xalı var. Son illər lider olan London ikinci pilləyə enib. Onlar 16,494 xala malikdi. “Üçlüy”ü Rio-de-Janeyro (15,713) qapayır. Azərbaycan paytaxtı Bakı 5,482 xalla dünyanın 15-ci şəhəridi. Paytaxtımız ötən illə müqayisədə 3 pillə geriləsə də, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los Anceles, Milan, Amsterdam, Ştutqart, Hamburq, Berlin, Sidney, Seul və bir sıra aparıcı şəhərlərdən öndədi.

Bakı MDB məkanında Moskva, Kazan, Minsk və Soçidən sonra 5-cidi. İstanbul isə ümumi siyahıda 99-cudu.  


Azərbaycan idman ölkələri siyahısında irəliləyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qəbələdə zəlzələ olub
    Xınalıq stansiyasından 17 km cənub-qərbdə Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
     23.10.2018
    Avtomobilinizi 3 təkərli də sürə bilərsiniz - Azərbaycanda yenilik
    Avtomobillərin texniki baxışı ilə bağlı gözlənilən dəyişikliklər oldu.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ