EURO 1,9254 NEFT 72,2
USD 1,7 RUB 0,0255
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:03.03.2018 18:34:53

İranın Mazandaran vilayətinin Behşəhr şəhərində Şəhid Həşim Nejad Kuboku uğrunda beynəlxalq turnir keçirilib.

"Report"un məlumatına görə, Gürcüstan, Rusiya, Ermənistan və İran komandalarının qatıldıqları turnirdə Azərbaycanı sərbəst güləş üzrə gənclərdən ibarət yığma üzvləri təmsil edib. Məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında 10 güləşçi mübarizə aparıb. Onlar turniri 2 qızıl, 1 gümüş və 5 bürünc medalla başa vurub.

Davud İbrahimov (70 kq) və Orxan Abbasov (79 kq) qızıl, Alimaqomed Alixmayev (97 kq) gümüş, Əsgər Məmmədəliyev (57 kq), Elmar Kazımov (65 kq), İsmayıl Abdullayev (74 kq), Asxab Həmzətov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medala yiyələnib. Məmmədəliyev həlledici qarşılaşmada ermənistanlı rəqibini yenib. Komanda hesabında Azərbaycan yığması ikinci olub.

Görüşlərin idarə edilməsində ölkəni milli dərəcəli hakim Firqət İbrahimov təmsil edib.


Azərbaycan güləşçiləri İranda 2 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıblar

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda gecə saatlarında dəhşətli qətl - Gənc ürəyindən bıçaqlandı
    Bakıda gecə saatlarında qətl hadisəsi baş verib.
     15.08.2018
    Temperatur yenidən yüksələcək
    Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
     15.08.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ