EURO 1,9314 NEFT 60,39
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:06.03.2018 14:50:02

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb

Azərbaycanda çəkilən film və seriallarda bəzən incəsənətdən uzaq simalara da rast gəlmək mümkündür.

“Report” xəbər verir ki, onlar arasında sonradan rəsmi qurumda işləyən, yaxud filmə çəkilərkən dövlət qurumunda çalışan şəxslər də var.

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Fransız” filmində epizodik bir rol olan Fransa səfirliyinin əməkdaşı obrazını canlandırıb.

Baş nazirin müavini Elçin Əfəndiyev “Dantenin yubileyi” filmində tamaşaçı rolunu ifa edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu “Qorxma, mən səninləyəm” filmində Teymur rolunu oynayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli “Tütək səsi” filmində Tapdıq, “Əgər bir yerdəyiksə” filmində Məmməd, “Arxadan vurulan zərbə” filmində isə Fazil rolunda çıxış edib.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli “Biznesmen” filmində baş rolu canlandırıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin əməkdaşı Nadir Əzməmmədov "Sonuncu fəsil" serialında Mamed obrazında, "Vicdan" haqqı" serialında Saleh Rzayev obrazında və "Nəsimi", "Qara Volqa", "Asif, Vasif, Ağasif","Od içində", "Yaramaz" filmlərində çəkilib.

"Azərbaycanfilm" kinostudiyasnın rəhbəri Müşfiq Hətəmov “Küçələrə su səpmişəm” filmində kuryer obrazını canlandırıb.

Dövlət işçisi olmasa da, tanınmış ictimai xadimlərdən Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Var olun, qızlar..” filmində Murad, “Xatirələr sahili” filmində isə redaksiya işçisi obrazını canlandırması maraqla qarşılanıb.


Azərbaycan filmlərində rol alan məmurlar - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman uşaq ümumdünya riyaziyyat turnirinin qalibi oldu
    Turnirdə 80 ölkədən olan 12 mindən çox insan toplaşıb
     14.12.2018
    Apellyasiya Məhkəməsi Əli Kərimlinin şikayətinə baxıb
    Dekabrın 14-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apellyasiya şikayətini təmin etməyib.
     14.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ